Cəlilabadda BİABIRÇILIQ: TŞ-nin müdiri Qərənfil Əhmədova jurnalistin həbsini sifariş edir
Göygöl rayonu Çaykənd kəndi ərazisində – Göygöl Milli Parkına aid geniş meşə zolağında iri donuzçuluq təsərrüfatı yaradılıb.
RealMedia.az mediaya istinadla xəbər verir ki, meşə təsərrüfatında hektarlarla ərazini qanunsuz hasara alaraq özünə ferma yaradan şəxs özü həmin ərazidə meşəbəyi işləyən Səməndər Məmmədovdur.
Donuzçuluq təsərrüfatına “Toğana Zaman” ləqəbilə tanınan iş adamı da şərikdir, təsərrüfatda 300-dən artıq damazlıq donuz saxlanılır. Murdar heyvanların yemlənməsi meşənin özündə həyata keçirilir və ərazidə yerləşən “N” saylı hərbi hissənin gündəlik yemək artıqlarından da istifadə edilir. Səhər və axşam saatlarında əsgər “otxod”unun yeməkxanadan çıxarılması üçün hərbi hissə komandirinin xüsusi razılığının olduğu, yemin Səməndərə məxsus “UAZ-VİLİS” markalı avtomaşınla daşındığı bildirilir.
Aldığımız və dəqiqləşdirə bildiyimiz məlumata görə, illərdir hökm sürən özbaşınalığa hazırda rayon Meşə Təsərrüfatı idarəsi, rayon icra hakimiyyəti və xüsusilə də 10 saylı Gəncə Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsul əməkdaşları şərait yaradırlar. Bununla belə, hazırki durum Azərbaycan Respublikası Prezidentinin 01 aprel 2008-ci il tarixli Sərəncamına əsasən, Göygöl Dövlət Təbiət Qoruğunun və Azərbaycanın Xanlar (indiki Göy göl), Daşkəsən və Goranboy rayonlarının inzibati ərazilərində yaradılmış Göygöl Milli Parkının saflığına, strateji fəaliyyət hədəflərinə ciddi kölgə salır. Xüsusilə, Göygöl Milli Parkının sözügedən ərazisində donuz saxlanması məməli heyvan növlərindən Qafqaz maralı, cüyür, qonur ayı, təkə, porsuq, meşə pişiyi, samur, vaşaq, daşlıq dələsi, gəlincik, adi kirpi,tülkü, Radde qonurdişi, Qafqaz köstəbəyi, ağqarın ağdiş və s., quş növlərindən bildirçin, meşə göyərçini, adi qur-qur, meşə cüllütü, göl qağayısı, toğlugötürən, qara kərkəs, leşyeyən, iri yapalaq, bayquş, qu quşu, qara ağacdələn, sarıköynək, meşə torağayı, çil qaratoyuq və s. kimi təbiət canlılarını qəsdən məhv edir.
Ekoloji mühitin qorunmasına mükəlləf olanların üzərinə düşən öhdəlikləri pozaraq rayon meşələrinin dağıdılmasına, meşə zolağına mal-qaranın, hətta donuzların lövbər salmasına şərait yaratmaları birmənalı olaraq onların şəxsi maraq və mənafeyindən irəli gələn hal kimi dəyərləndirilə bilər.
Təbiətin məhvinə yönələn nöqsanın durdurulması mütləq və qaçılmazdır. Axı, doğal meşənin donuz sürüləri təbiətin təkcə fauna-florasını zədələmir, həm də mütamadi satışa çıxarılaraq dini mənəviyyatımızı, sağlamlığımızı da murdarlamaqla məşğuldur.
Buradan Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, şəxsən Muxtar Babayevə səslənirik! “Sizi and veririk bu məhərrəmlik ayının əzəmətinə və qanunlarımızın aliliyinə! Kişi olun, bari belə məsələlərdə öz vəzifə səlahiyyətlərinizi dürüst icra edin və prezidentimizin sizə olan etimadını doğruldun! Müsəlmansınızsa, Göygöl Milli Parkını murdarlayan donuzlara sahib çıxın – RƏDD EDİN! Erməni alçaqlarının Qarabağı işğal etdiyi kimi, dinin haram və murdar buyurduğu heyvanların dövlət qoruğunun ərazisini işğal etmələrinin qarşısını alın!
Hər şeyə rəğmən, ümidvarıq ki, nazirlik meşələrin zəruri monitorinqini həyata keçirməyə, belə özbaşınalıqlara son qoymağa özlərində cəsarət və mənəviyyat tapacaq…
Osman Nərimanoğlu
Azia.az “Demokratik.az” saytının rəhbərinin sözügedən meşədə təsərrüfatı ilə bağlı donuz fermasını çəkdiyi videosunu və fotoları təqdim edirik: