Qubada meşələri məhv edən şəxs saxlanıldı
Meşə bizim sərvətimizdir. İndi ən ucqar kəndlərimizin qazlaşdırıldığı vaxtda meşələrin qanunsuz məhv edilməsi yolverilməzdir. Quba rayon ərazisində meşə fonduna aid ağac kəsərək təbiətə ziyan vuran şəxslər saxlanılıb. Du barədə dosye.org-a məlumat daxil olub. DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə, rayonun İsnov kəndi ərazisində yerləşən meşə massivindən qanunsuz olaraq ağac kəsməkdə şübhəli bilinən kənd sakinləri Rəmzi Əlirzayev və Əkbər Kərimov saxlanılıblar. Aparılan tədbirlərlə məlum olub ki, kənd sakini Rəmzi Əlirzayev həmkəndlisi olan Əkbər Kərimovun köməyi ilə meşə massivində yerləşən yaş gövdəli ağacı kəsərək, R.Əlirzayevə məxsuz “Qaz 66” markalı yük avtomobili ilə daşıyıblar. Onlar ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən saxlanılaraq RPŞ-yə gətiriblər. Dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri əməli etiraf ediblər. Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırmalar aparılır.