Mingəçevirdəki kollec direktoru görün nələr edir? -FOTOLAR
Kollec direktoru Fikrət Zeynalov və onun “sevimli kadrı” olan müavini Mahirə Verdiyeva müəllimlər arasında ayrıseçkilik salır. Hətta, onun “əməyini” qiymətləndirərək ona bahalı mənzil də hədiyyə edib.
Bir vaxtlar savadlı kadrlar hazırlayan təhsil müəssisəsi tənəzzül dövrünü yaşayır.
Son illər tibb sahəsində, eyni zamanda bu sahədə təhsil verən orta ixtisas təhsili müəssisələrinin bir çoxunda müxtəlif qanun pozuntuları müşahidə olunur. Paytaxtla müqayisədə bölgələrdə tibb təhsili verən orta ixtisas təhsili müəssisələrində isə vəziyyət daha ağırdır.
Redaksiyamıza verilən məlumata görə, belə təhsil ocaqlarından biri də Mingəçevir Tibb Kollecidir. Əvvəlki adı Mingəçevir Tibb Məktəbi olmuş təhsil müəssisəsi Nazirlər Kabinetinin 16 iyun 2010-cu il tarixli qərarına əsasən kollec adlandırılıb. Kollecdə müalicə və mamalıq işi, əczaçılıq, tibb bacısı işi və laboratoriya diaqnostikası ixtisasları üzrə təhsil aparılır. Mingəçevir Tibb Kollecinin direktoru isə Mingəçevirdə “ad çıxarmış” doktor Fikrət Zeynalovdur. Zaman-zaman adı müxtəlif qalmqallarda, qanunsuzluqlarda hallanan Fikrət doktor bu kolleci öz şəxsi obyekti kimi idarə edir desək, yəqin yanılmarıq.
Elektoron poçtumuza məlumat göndərən mənbəmiz idda edir ki,kollecdə təhsilin səviyyəsi ürəkaçan deyil.Tələbələrdən oxudu-oxumadı pullar yığılır. Özünün “yaxşı” apara bilməyən müəllimlər şefin müavini olan Mahirə xanımın təqdimatı, əslində isə tələbi əsasında cəzalandırılır. Bəli,məhz direktordan tələbi. Bu xanım özünü sözün əsl mənasında kollecin yiyəsi kimi aparır və müəllimlərə göz verib işıq vermir. Ona bu “görəv”i isə təbii ki,müəssiənin rəhbəri Fikrət Zeynalov verib.
Fikrət müəllim və onun sevimli kadrı Mahirə Verdiyeva tələbələrin savadlı yetişməsində maraqlı deyillər. Onlar üçün təhsildən öndə olan bəzi məsələlər var. Mingəçevir Tibb Kollecində demək olar ki, hər imtahan sessiyasında xoşagəlməz hallar yaşanır. Məhz Mahirə xanım tərəfindən müəllimlər və şöbə müdirləri tez-tez imtahanlara hazırlıqla bağlı “təlimatlandırırlar”. Rəhbərlikdən qorxan müəllimlər isə öz növbəsində eyni “təlimatları” tələbələrə çatdırırlar.
Digər tərəfdən, kollec rəhbəri sevimli kadrı Mahirə Verdiyeva ilə birgə dərs saatlarının bölüşdürülməsi zamanı da ayrıseçkiliyə yol verir. Fikrət Zeynalova və Mahirə xanıma çox yaxın olan müəllimlərə dərs saatlarının verilməsində heç bir problem olmur. Həmçinin, Mahirə Verdiyevanın “qılıncının altından keçən” müəllimlərə “yaşıl işıq yandırılır.Ömrünün xeyli hissəsini tibbi kadrların hazırlanmasına həsr edən təcrübəli müəllimlərə isə az dərs saatı verilir. Bir sözlə,bu “duet”in səbəb olduğu qanunsuz işlərin sayı kifayət qədərdir. Bunlardan biri də müəllimlərin və texniki işçilərin işə qəbulu ilə bağlıdır. Kollec rəhbəri bəzi hallarda müəllimləri özünün müəyyən etdiyi “qaydalar” çərçivəsində işə götürür. Bu isə onun təhsil və səhiyyə nazirliklərinin rəhbər şəxsləri ilə hesablaşmadığının göstəricisidir.
Mənbəmizin iddia etdiyi digər məlumat isə sözün əsl mənasında ilgincdir. Deyilənlərə görə,Fikrət Zeynalov geniş maddi imkanlara malikdir.Həm Bakıda, həm də Mingəçevirdə bahalı mülklərə sahib olan kollec direktoru “quru maaş”la varidatını milyona yaxınlaşdırıb. Şəkildə gördüyünüz bu bahlı avtomobil də Fikrət Zeynalova məxsusdur.
Mənbənin digər iddiası isə daha ilgincdir. Məlumata görə,direktor Fikrət Zeynalov “sevimli kadrı” olan müavini Mahirə Verdiyevanın “əməyini” qiymətləndirərək ona şəhərin M.Maqomayev küçəsindəki özünün də yaşadığı 12 mərtəbəli “novostroyka”da bahalı mənzil hədiyyə edib. Mister Zeynalov 10-cu, “sağ əli” isə 8-ci mərtəbədə yaşayır.
Onu da qeyd edək ki, səhhətində ciddi problemlər olan Fikrət Zeynalov postunu tərk edəcəyi gələcəkdə öz yerinə məhz müavini Mahirə Verdiyevanı hazırlaryır. Bu “namizəd”i artıq şəhərin İcra başçısı İlham İsmayılov da bilir və dəstəkləyir.
Xatırladaq ki, bir neçə il bundan öncə Fikrət Zeyanlovun adı daha bir biabrçı olayda hallanmışdı və şəhərin sabiq Polis rəisi Ələsgər Bədəlov olayı ört-basdır etmək üçün onun “dərisini soymuşdu”. “Məmur ovçusu” adını almış sabiq rəis Bədəlov F.Zeynalovun və “JEK” müdirlərindən birinin “videoklip”ini əldə etdikdən sonra onları diz çökdürmüşdü.
Redaksiya olaraq yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.(dunyaninsesi.info)