azia.az
azia.az

Korrupsaner məmur İman Həsənov kimə arxayındır? Söhbət Sabunçu rayon Su idarəsinin rəsi Kərəm Həsənovun əmisioğlundan gedir.

27-08-2020, 14:16

Korrupsaner məmur İman Həsənov kimə arxayındır?

Söhbət Sabunçu rayon Su idarəsinin rəsi Kərəm Həsənovun əmisioğlundan gedir.

MƏTBUAT ÜZƏRİNDƏN APARILAN ARAŞDIRMAYA GÖRƏ, Kərəm Həsənovun Əmisioğlu İman Həsənovun korrupsaner və qanunsuz əməlləri barədə demək olar ki, hər gün məlumatlar dərc olunur.

Karantin rejiminin tətbiqi bir çox vacib tədbirlərlə yanaşı vətəndaşların qəbulunu da arxa plana keçirib. Onlayn qəbullar baş tutsa da, bu, əvvəlki effekti vermir. Vətəndaşlar vəziyyətdən çıxış yolunu daha çox KİV-lə əməkdaşlıqda görürlər. Son vaxtlar redaksiyamızın poçtuna daxil olan şikayətlərin çoxluğu da bunu deməyə əsas verir. Bəzi məmurlar bu pandemiya dövründə Prezidentə kömək etmək əvəzinə dövlət başçısının gördüyü işlərə kölgə salırlar. Sizcə belələrinə nə ad vermək olar?

Azia.Az saytı olaraq xəbər verir ki, Dövlət aparatında çalışan, nəinki iqtidara, eyni zamanda dövlətçiliyə, xalqa xəyanət edən bir sıra insanlar var ki, onlardan biri növbəti şəxs Sabunçu Rayon Su İdarəsinin rəisi İman Həsənovdur.

Belə ki, Sabunçu Rayon Su İdarəsinin rəisi İman Həsənov dövlət başçımızın xəbərdarlıqlarına məhəl qoymur, əhalinin problemləri ilə qətiyyən maraqlanmır.

Sabunçu Rayon Su İdarəsinin rəisi öz funksiyalarını yerinə yetirmirsə, bu idarənin fəaliyyəti kimə gərəkdir? Dövlət orada oturanlara nə üçün maaş verməlidir?

Belə ki, ilk başlanğıcda Qaradağ Rayon Su İdarəsində, daha sonra Nizami Rayon Su İdarəsində işində verdiyi nöqsanlara görə uzaqlaşdırılan və nəticədə müxtəlif qeyri-qanuni yollarla hazırda fəlliyyətini “Sabunçu Rayon Su İdarəsinin rəisi olaraq davam etdirən İman Həsənovun qanunsuz əməlləri bir yazıya sığan deyil. Qeyd edək ki, İman Həsənov nəinki addımbaşı insan hüquqlarını, yəni tabeçiliyində olan işçilərin hüquqlarını pozur, həllini gözləyən problemlərin ortadan qaldırılması üçün məmurlarla vətəndaşlar arasında canlı təmaslara ehtiyacı olduğu bir vaxtda İman Həsənov isə vətəndaşları qəbul etmir, əksinə ölkəmizin hazırkı pandemiya dövrünü unudaraq işçilərinə vətəndaşlardan pul tələbini irəli sürürməklə yanaşı, eyni zamanda işçilərindən də pul tələb edir. Eləcə də o, Azərbaycan Respublikasının qanunlarına məhəl qoymur. Üstəlik hər addımı, əməli və davranışı ilə Azərsu ASC-nin işgüzar nüfuzuna ciddi zərbə vurur”. Bəs, görəsən Azərsu ASC-nin sədri Qorxmaz Hüseynovun onun bu əməllərindən xəbəri varmı?

“O, istər iş otağında, istərsə də İdarənin koridorunda qışqıra-qışqıra danışır, hər kəlməsində küçə söyüşü söyür, işçiləri təhqir edir, alçaldır, onları ərizə yazıb işdən çıxmağa məcbur edir. İşçilər narazılıq edib, “şikayət edəcəyik” – deyəndə, “gedin hara deyirsiz, deyin, mən heç kimi saymıram, heç kimdən də qorxmuram”- deyir. Maraqlıdır ki, ölkədə ildən-ilə nüfuzu artmaqda olan, yenilənməyə meyilli olan Azərsu (ASC) kimi bir qurumun rəhbərliyi belə bir adamı hansı səbəbdən vəzifədə saxlayıb öz imicinə zərbə vurur”?

Bu adam ona görə belə qanunsuz olan ağılasığmayan əməllərini törədərək bir idarədən başqa idarəyə gedə bilir ki, bunun arxasında cənab Prezidentimizin köməkçisi Kərəm Həsənov dayanır. Məlumat üçün qeyd edək ki, o Kərəm Həsənovun əmisi oğludur. Məhz, bu səbəbdən o, Kərəm Həsənovun adından istifadə edərək qohumluq əlaqələrindən və ya dostluq əlaqələrindən istifadə edərək əhaliyə qarşı bu cür kobudluq edir. Bəs, görəsən bu Kərəm Həsənovun göstərişidir, yoxsa özbaşnalıqdır?

Çox təəssüf ki, bəzi məmurlar, xüsusən yerli icra hakimiyyəti orqanlarının rəhbərləri bunu dərk etməyərək öz çirkin fəaliyyətləri ilə dövlətin adına ləkə vurmuş olurlar. Prezidentin onlara göstərdiyi etimada hörmətsizlik edərək vətəndaşların haqqına girmiş olurlar. Odur ki, Prezidentin dediyi kimi Azərbaycanda hər şey şəffaf olmalı, məmurların fəaliyyəti qanun çərçivəsində olmalıdır. Yerli icra orqanları rəhbərlərinin vətəndaşlara münasibəti kökündən dəyişməlidir.

Azia.Az saytı olaraq deyə bilərik ki, Faktlar əminlik yaradır ki, dövlət qulluqçusu adına ləkə gətirən məmurlar i tezliklə icra strukturlarından təmizlənəcək.

Sonda qarşı tərəfin məsələyə mövqeyni işıqlandırmağa hazırıq!

Aybəniz Füzuliqızı.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi