azia.az
azia.az

Taksi sürücüsü baş redaktora hücum edib balta ilə

13-08-2020, 15:16


Taksi sürücüsü baş redaktora hücum edib balta ilə vurmaq istədi
9933” taksi şirkətinin sürücüsü baş redaktor Nahid Canbaxışlıya balta ilə hücum edib.
Taksi sürücüsü baş redaktora hücum edib balta ilə
Mediaxeberleri.az xəbər verir ki, bu gün "Vətəninfo.az” İnformasiya Agentliyinin baş redaktoru Nahid Canbaxışlı sifariş etdiyi "*9933” taksi şirkətinin Opel-Astra-33BG034 dövlət nömrə nişanlı taksi sürücüsü tərəfindən saat 20:59-da hücuma məruz qalıb.

Nahid Canbaxışlı bildirib ki, bu gün saat 20:07 radələrində "*9933” taksi şirkətinə zəng edərək taksi sifariş edib: "

Taksi sürcüsü məni Binə qəsəbəsindən evə gətirdi. Hər dəfə taksi sifariş edəndə əsas yoldan 1 km 500 metr içəriyə həyət evlərinə qədər olan hissəni də qeyd etdirirəm. Bu dəfə də elə etdim. Amma sürücü evin qarşısında daha çox pul tələb etdi və əlavə 1 km 500 m olan hissənin şirkət tərəfindən qeyd edilmədiyini bildirdi. Belə olduqda mən şirkətlə əlaqə saxladım və telefonu səsliyə alaraq sifarişimdə 1km 500 m-in qeyd olunub-olunmadığını soruşdum. Sürücüyə birbaşa şirkət operatoru bildirdi ki, sərnişinin mənzil başına kimi, yəni əlavə olmaqla sifariş verib və yol xərci ümumilikdə 8.87 AZN təşkil edir. Sürücü hətta şirkətin operatoruna belə məhəl qoymayaraq əlavə vəsait tələb etdi. Məhəllədə evin qarşısında enib müəyyən olunan pulu sürücüyə verdim. Bundan sonra başladı söyüş və təhqirlə danışmağa. Ona tərbiyəli olmasını və problemini təmsil etdiyi şirkətlə həll etməsini bildirdim.Bu arada aramızda mübahisə düşən zaman maşının baqajın açaraq üzərimə balta ilə gəlməyə başladı”.

Nahid Canbaxışlı bildirib ki, hadisə anbaan mənzilinin kameralarına düşüb:

"Hadisə ilə bağlı sabah ilk olaraq şirkətə gedəcəm və bundan sonra da Baş Prokrorluğa şikayət ilə müraciət edəcəm”. /Yenicag.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi