azia.az
azia.az

Keçmiş məmurun qızı vətəndaşı söyüb nömrəsini paylaşdı – Foto

3-06-2020, 12:44

Keçmiş məmurun qızı vətəndaşı söyüb nömrəsini paylaşdı – Foto
Bakı Lifttəmir İstehsalat Birliyinin keçmiş rəhbəri Qüdrət Şükürovun qızı, qalmaqallı hadisələrlə mediada müzakirələrə səbəb olan Aysel Şükürova növbəti dəfə vətəndaşı təhqir etməklə gündəmə gəlib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, A.Şükürova sosial şəbəkədə onun atası ilə bağlı başladılan cinayət işi haqda rəy yazan şəxsin özünü və ailəsini təhqir edib.
Aktivist Bəxtiyar Hacıyev keçmiş məmur qızının vətəndaşı ağır söyüşlərlə təhqir edən yazışmasını öz hesabında paylaşıb.
Həmin vətəndaş Cavid Rəcəbov saytımıza açıqlamasında bildirib ki, A.Şükürovanın Instagram hesabında paylaşdığı videoya onun atasının liftlərdən pul yığaraq xalqın malını talaması və korrupsioner məmur olması haqda rəy yazıb:

“Ondan sonra mənə qarşı təhqir, böhtan, alçaldıcı ifadələr işlətməyə başladı. Özümə yazıb söyüş söydü. Daha sonra mənim 2014-cü ildə “Instagram” profilimdə paylaşdığım sürücülük vəsiqəmin şəklini götürüb. Oradan polis vasitəsilə bizim ev nömrəmizi tapıb və evimizə zəng edərək anamı və bacımı söyüb. İndi də öz profilində mənim haqda böhtan yayır. Mənim nömrəmi də yayıb, tanımadığım adamlar zəng edib boş-boş danışırlar. Mən Aysel Şükürova ilə bağlı məhkəməyə müraciət edəcəyəm”.
Keçmiş məmurun qızı vətəndaşı söyüb nömrəsini paylaşdı – Foto
Keçmiş məmurun qızı vətəndaşı söyüb nömrəsini paylaşdı – Foto
Keçmiş məmurun qızı vətəndaşı söyüb nömrəsini paylaşdı – Foto
Keçmiş məmurun qızı vətəndaşı söyüb nömrəsini paylaşdı – Foto


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi