azia.az
azia.az

Mübarizi təhqir edən Nərmin məhkəməyə verildi

17-12-2018, 14:56

Mübarizi təhqir edən Nərmin məhkəməyə verildi
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovla bağlı qalmaqallı statusu ilə bir neçə gündür ölkə gündəmini zəbt edən psixoloq Nərmin Şahmarzadə məhkəməyə verilib.

AZİA.AZ xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Xəbərə görə, Fövqəladə Hallar Nazirliyinin mayoru, 9 qat dünya, 3 qat Avropa çempionu, Muay-tay və Tayboksinq Federasiyalarının vitse-prezidenti, əməkdar və beynəlxalq dərəcəli idman ustası Araz Musayev Xətai Rayon Məhkəməsinə ərizə ilə müraciət edib.

Qeyd edək ki, Nərmin Şahmarzadə paylaşdığı videoda Milli qəhrəman Mübariz İbrahimovu "qatil” və "cinayətkar” adlandırıb. Qeyd olunan məsələ cəmiyyətdə ciddi etirazlarla qarşılanıb. Bir sıra tanınmış şəxslər, şəhid ailələri, sadə insanlar gənc xanıma etirazlarını müxtəlif formada bildirib. Nərmin Şahmarzadə özü isə şəxsi Facebook hesabında paylaşdığı videoda söylədiyi fikirlərə görə peşman olmadığını və sözünün üstündə dayandığını deyib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi