Azərbaycanlılar Almaniyada məhkəməni intihar etməklə hədələdilər
Azərbaycanlılar Almaniyada məhkəməni intihar etməklə hədələdilər
Almaniyanın Şvabax şəhər məhkəməsində bir azərbaycanlı ailənin iştirakı ilə insident baş verib.
Virtualaz.org bildirir ki, bu barədə Bavariyanın “Nordbayern” nəşri məlumat yayıb.
Nəşr bildirir ki, məhkəmə 18 yaşlı bir azərbaycanlını iki il dörd ay həbs cəzasına məhkum edib, bu onun dostu və qohumlarının – atası, anası və bacısının son dərəcə mənfi reaksiyasına səbəb olub.
Oğlan dələduzluğa görə tutulub. Təqsirləndirilən şəxsin Azərbaycana getməsinin mümkünlüyünü qeyd etdiyini nəzərə alaraq, prokuror dərhal həbs qərarı tələb edib. Məhkəmə prosesi ötən ilin sentyabrında keçirilib. Gənc oğlan vaxtından əvvəl şərti azadlığa çıxmaq imkanı olmadan məhkum edilib.
Bu qərardan apellyasiya şikayəti verilib. Apellyasiya məhkəməsi ötən həftə keçirilib. Hökm dəyişdirilməyib. Bu, həbs olunanın yaxınlarını və dostunu qəzəbləndirb. Onlar məhkumu məhkəmə zalından çıxarmalı olan polisə hücum ediblər. Köməyə bir neçə patrul çağırılıb, lakin onların qohumları sakitləşdirmək cəhdi də bir nəticə verməyib.
İnsident zamanı ailə üzvləri məhkəməni, oğlan sərbəst buraxılmasa, intihar etməklə hədələməyə başlayıblar. Nəticədə polis və köməyə çağırılan təcili yardım briqadası etirazçıları birtəhər sakitləşdirə biliblər. Ailə üzvləri rayon xəstəxanasına aparılıb və psixiatriya şöbəsinə yerləşdirilib.
Natiq Hüseynzadə