azia.az
azia.az

Üç pasiyentinin ölümünə səbəb olan həkimlə bağlı qərar verildi

23-05-2020, 14:07




Üç pasiyentinin ölümünə səbəb olan həkimlə bağlı qərar verildi
 Üç pasiyentinin ölümünə səbəb olan həkimlə bağlı qərar verildi
“Əməliyyat zamanı gənc qızların ölümünə səbəb olan plastik cərrah Siruz Qoçqani artıq plastik-cərrahiyə əməliyyatlarına buraxılmır”.
Bu barədə “Baku Medical Plaza”nın mətbuat xidmətinin rəhbəri Aysel Rzayeva məlumat verib:
“Qeyd edim ki, bu ilin may ayının 11-də 1996-cı il təvəllüdlü Musazadə Turanə Tofik qızının ölümündən sonra klinikanın rəhbərliyi belə qərara gəldi ki, istintaqın yekun qərarı olana kimi Siruz Qoçqani plastik əməliyyatları dayandırsın. Ancaq onun klinikada fəaliyyətinə xitam verilməyib. Dünyasını dəyişənin ailəsinin klinikadan heç bir şikayəti yoxdu”.
Qeyd edək ki, məlum hadisədən sonra ötən ilin may ayında “Baku Medical Plaza”da Siruz Qoçqani öz həkim həmkarının da ölümünə səbəb olmuşdu. Liposaksiya əməliyyatı keçirən, özü də Elmi-Tədqiqat Ağciyər İnstitutunda həkim-ginekoloq olan Sona Gürgün Vəliyeva əməliyyatdan sonra dünyasını dəyişmişdi.
Turanə Musazadənin ölümündən sonra Sona Gürgünün ailəsinin nümayəndəsi olan Samir Zeynalov Qoçqaninin Azərbaycanda plastik cərrah kimi iş icazəsinin olmaması ilə bağlı Səhiyyə Nazirliyinin verdiyi rəsmi sənədi paylaşdı.
A.Rzayeva bu ittihama da cavab verib. Bildirilib ki, Siruz Qoçqaninin plastik cərrah işləməsi üçün onların əlində sənəd var: “Bu barədə yayılan informasiyalar yalandı. Klinikanın rəhbərliyi bu sənəd əsasında Qoçqaniyə işləməyə icazə verib”.
Xatırladaq ki, Turanə Musazadənin ölümündən sonra Xətai rayon prokurorluğunda faktla bağlı araşdırmalar başlanıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi