azia.az
azia.az

Modeli öldürən iranlı həkimə vəkildən sərt - Cavab

28-08-2017, 17:45

Modeli öldürən iranlı həkimə vəkildən sərt - Cavab


Model Leyla Oruclunun estetik əməliyyatdan sonra ölümü ilə bağlı iranlı həkim Siruz Qoçxaninin açıqlamasına tanınmış hüquqşünas, hüquq elmləri doktoru, professor Fərhad Mehdiyev reaksiya verib.

F.Mehdiyev Axar.az-a açıqlamasında bildirib ki, həkimin özünümüdafiə üçün dediyi sözlər yalandır.

"O bildirir ki, bu cür xəstələrin 1-3 faizi dünyasını dəyişir, əməliyyat öncəsi Leyla ilə söhbət aparıb müvafiq sənədləri imzaladıblar. Bu adam yalan danışır. Çünki 1-3% ölüm ehtimalı olan əməliyyatı aparmaq qanunsuzdur və onun evtanaziyadan çox da fərqi yoxdur. Bu, olduqça yuxarı bir riskdir, belə bir risk həyati təhlükə altında olmayan xəstəyə əməliyyat aparılmasını qadağan edir”, - professor bildirib.

F.Mehdiyevin sözlərinə görə, hətta mində bir ölüm ehtimalı varsa və əməliyyat zəruri deyilsə (xüsusilə, estetik əməliyyatdırsa), cərrahi müdaxilə qanunla qadağan olunur:

"Sağlıq durumunda heç bir problem olmayan, yalnız estetik görünüşünə görə gənc insanı 1-3 faiz ölüm riskli əməliyyata alan və nəticədə şəxsin ölümünə səbəb olan həkim cinayət məsuliyyəti daşıyır”.

Qeyd edək ki, 22 yaşlı model Leyla Oruclu iranlı həkim Siruz Qoçxani tərəfindən estetik əməliyyat olunduqdan iki gün sonra dünyasını dəyişib. S.Qoçxani Unikal.org-a açıqlamasında deyib ki, Leyla Oruclu pioemboliya diaqnozundan dünyasını dəyişib: "Leyla başqa xəstəxanada analizlər vermişdi. Analizlərdə əməliyyat üçün hər hansı bir qaranlıq məqam qalmamışdı. İyunun 22-də 16:00-da əməliyyata alındı. Əməliyyat saat 18:00-da yekunlaşdı və palataya köçürüldü. Həmin gün axşam saat 19:30 radələrində onun vəziyyəti pisləşdiyi üçün reanimasiyaya köçürüldü. Orada da lazımı tibbi yardım göstərildi. Mən də həmin anda özümü xəstəxanaya çatdırmışam. Leyla 25 iyun tarixində saat 11-də pioemboliya (piy parçasının damarda tıxanıqlıq yaratması) diaqnozundan dünyasını dəyişdi”.

Həkim Leylanın əməliyyata girməsinin səbəblərini açıqlayıb: "21 yaşlı Leyla model idi. Buna baxmayaraq, onun qarın və bel nahiyyəsində piylənmə gedirdi. Bundan narahat idi. Ancaq o, kök deyildi. Bu piylənmə modelliyinə görə ona artıqlıq edirdi. Kompleksinə görə işini müvəqqəti dayandırmışdı. İşinə başlamaq üçün əməliyyatı özünə vacib bilirdi. Mən ona dedim ki, qızım, bu, sənə lazım olan əməliyyat deyil. Ancaq mənimlə razılaşmadı. Çox xahiş etdiyi üçün əməliyyatı etməli oldum. O, əməliyyatdan qabaq təəssüflər olsun ki, yaxınları ilə məsləhətləşməyib. Mən də onun yetkinlik yaşını nəzərə alıb bu barədə sorğu-sual aparmamışam. Bu cür xəstələrin 1-3 faizi dünyasını dəyşir. Əməliyyat öncəsi Leyla ilə söhbət aparıb müvafiq sənədləri imzalatmışıq”.

Xatırladaq ki, Siruz Qoçxaninin bu əməliyyatlarına qarşı onun həmkarları da çıxıb. Leyla Şıxlınskaya klinikasında çalışan cərrah Rafiq Dəmirçalov bildirib ki, iranlı estetik cərrah Sirus Qoçxanini "Milana" hospitalından qovub:

"İranlı estetik cərrah Sirus Qoçxaninin əməliyyat etdiyi 22 yaşlı model dünyasını dəyişdi. Burada ölümə səbəb əsasən həkim səriştəsizliyidir. Əvvəla gənc, həm də model olan bir qızı əməliyyata alarkən onun valideyinləri ilə məsləhətləşmə aparılmalı idi. Bunu etməyiblər. Pula görə belə işlər görmək olmaz. Mən özüm "Milana" hospitalda direktor olanda Sirus Qoçxani mənim işçim idi. Neçə dəfə mən onun əməliyyatını dayandırdım. Kassanın pulunu ödətdirmədən xəstəni əməliyyata alır. Olmaz. Bax belə şeylərə görə mən onu "Milana” hospitaldan qovdum. Sirus Qoçxani ildə az qala neçə nəfəri bu günə qoyur”.


Modeli öldürən iranlı həkimə vəkildən sərt - Cavab


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi