azia.az
azia.az

Sumqayıt Nəqliyyat Departamentinin biznes maraqlarının sosial maraqlardan üstünlüyünün nəticələri göz qabağındadır.

20-05-2020, 11:46

Sumqayıt Nəqliyyat Departamentinin biznes maraqlarının sosial maraqlardan üstünlüyünün nəticələri göz qabağındadır.
Sumqayıt şəhərində Nəqliyyat sistemi Bakıdan fərqli olaraq şəhər İcra Hakimiyyətinin nəzdindədir.Maraqlıdır görəsən Bakıda müstəqil fəaliyyət göstərən Bakı Nəqliyyat Agentliyinin fəaliyyəti Sumqayıt Nəqliyyat Departamentindən nəyi ilə fərqlənir?
Teref.az yazır ki, Sumqayıtdan göndərilən məqalə bu cümlələrlə başlayır. Daha sonra müəllif yazır:
İlkin olaraq mövcud xətlərdə olan avtobusları müqayisə etdikdə Sumqayıt şəhərindəki avtobuslar öz müasirliyi ilə Bakıdakı avtobuslardan heç nəyi ilə dala qalmır ki, hətta bəlkə də öndədir. Lakin ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin əksəriyyətini bahalı kreditlər hesabına alınmış bu müasir avtobusların vizual görünüşü deyil bu avtobuslardakı rahat və təhlükəsiz xidmətlər baraqlandırır.
Bakı Nəqliyyat Agentliyi fəaliyyətə başladığı qısa zamanda Koroğlu Nəqliyyatı İnelektual İdarəetmə mərkəzini işə saldı ki bununla da Nəqliyyatın fəaliyyəti kənardan intelektual nəzarətlə idarə edilir, Sumqayıtda isə hələ də hər daayanacaqda əlində dəftər-kitab olan dispetçerlərə rast gəlinir ki bunun da nəticəsində qovhaqovlar olur ki bu da mütamadi sərnişinlərin haqlı narazılıqlarına səbəb olur.
Bakı Nəqliyyat Agentliyinin bütün avtobusları müasir GPS sistemi ilə təchiz olunub ki, sərnişinlərə hər yaxınlaşılan dayanacaq və növbəti dayanacaq barədə dinamiklər vasitəsi ilə səsli məlumat verilir. Sumqayıtda bu xidmət yoxdur, Sumqayıt avtobuslarının dinamik kolonkaları standart bezdirici reklam səsləndirilməsi ilə məşğuldur.
Bakı Nəqliyyat Agentliyi hətta ən köhnə Daewoo avtobuslarında nəgdsiz ödəniş sistemi olan Kart sistemini tətbiq edib ki, hal-hazırkı sürətlə yayılan Koronovirus epidemiyasından qorunmaq baxımdan bu çox zəruri və aktual məsələdir ki, Sumqayıtın heç bir avtobusunda Kart vasitəsi ilə ödəniş sistemi tətbiq edilməyib ki, əldən ələ keçən kağız və metal pullar aktiv xəstəliklərə yoluxma mənbəyidir. Həmçinin Kart sistemi faktiki dövriyyəni aşkar edərək nəqliyyatdakı vergidənyayınmaya son qoya bilərdi ki, bu da hansısa maraqlar naminə hələ də Sumqayıtda tətbiq edilməyib. Sumqayıt sərnişinlərinə avtobuslarda maska taxıb oturub getmək qalır.
Bakı Nəqliyyat Agentliyi baxmayaraq ki, əksər avtobuslarda nəğdsiz ödəniş sistemi olan Kart sistemi tətbiq edib bununla yanaşı bütün avtobuslar hal-hazırda dezinfeksiya edici məhlullarla təchiz edilib ki, Sumqayıtda hələ də bu yoxdur.
Düzdü Smqayıtda cəmi 2 xətt üzrə marşurut avtobuslarında pulsuz wifi internet olacağını elan etsələr də cəmi 2 küçədən keçərkən avtobuslarda bu internet mövcud olur ki bu da sadəcə reklamdan başqa bir şey olmadığı üzə çıxdı.
Bütün bu sadalananlar investisiya tələb edən və əhalinin rahatlığına yönəlmiş Bakı Nəqliyyat Agentliyinin atdığı addımlardır ki təqdir olunası addımlardır.
Bakı Nəqliyyat Agentliyindən fərqli olaraq Sumqayıt şəhərindəki müasir avtobuslarda standartlardan kənar, zavod istehsalı olmayan, hər an təhlükə yarada biləcək reklam monitorları quraşdırılmışdır ki, bu da bu şəhərdə biznes maraqlarının Sosial maraqlardan daha da üstün olduğunun göstəricisisdir. Öncə sağlıq düyə düşünən Bakı Nəqliyyat Agentliyinin rəhbərliyi standartdan kənar sərnişinlərə təhlükə yarada biləcək heç bir kənar avadanlıq və qurğunun ictimai nəqliyyatda quraşdırılmayacağını bildirdiyi bir məqamda Sumqayıtda bu reklam monitorlarının mövcud olmayan digər avtobuslarda da quraşdırılacağını bildirmişlər.
Bakı Nəqliyyat Agentliyinin nəzarətində olan Bakı şəhərindəki 2500-dən çox avtobus dayanacağı avtobusların yaxınlaşacağı vaxtı bildirən elektron məlumat tabloları ilə təchiz edildiyi, yalnız Bakı Nəqliyyat Agentliyinin qaynar xəttinin nömrəsi və digər Fövqalədə halların baş verəcəyi halda nə etmək lazım olduğunu məlumatlandıran reklam lövhələri olduğu halda Sumqayıt şəhərində bütün avtobus dayanacaqları hansısa taksi xidmətinə satılıb ki, bundan istifadə edən taksilər bütün dayancaqları zəbt ediblər. Təbii ki, qanunsuz taksi xidməti göstərənlərlə mübarizə aparmaq vəzifəsi olan Sumqayıt Nəqliyyat Departamentinin biri 150 manatdan olmaqla bu ikiüzlü reklam lövhəsi olan avtobus dayanacaqlarını taksi şirkətinə satanda taksilər dayancaqlardakı öz reklamlarına arxayınlaşıb dayanacaqları zəbt edəcəkləri bəlli idi.
3 adamın bir yerə yığışmasını yasaqlayan Operativ Qərargahın bu cür antisanitariyanın hökm sürdüyü bəzən 10 nəfərin bir yerə yığışdığı səbəbindən bu dayancaqlarda da dezinfeksiya işlərinin görülməsinin vacibliyini nəzər-diqqətlərinə çatdırırıq. Yəqin ki, Sumqayıtdakı 100 dən çox dayanacağın cəmi birinin aylıq ödədiyi 150 manat reklam yayımı haqqını bu təmizlik və dezinfeksiya məqsədi üçün sərf etmək heç də böyük itki olmazdı.
Sonda bildirmək istərdim ki, bütün bu mövcud problemlər Sumqayıt Nəqliyyat Departamentinə yeni rəis təyin olunmuş Loğman İsmayılova sələfindən miras qalmış problemlərdir ki, inanmaq istərdik ki qısa bir zamanda Sumqayıt şəhərindəki Nəqliyyat sisteminin Bakı şəhərindəki nəqliyyatın vəziyyətinə çatdırmaq üçün müvafiq addımlar atılacaqır, düzdür inanmırıq ki, o vaxtacan Bakı Nəqliyyat Agentliyi də yerində durub gözləməyəcək.
Teref.az olaraq qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq!


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi