azia.az
azia.az

Auditorlar Palatasının sədri və müavini haqda ilginc iddialar

5-05-2020, 14:20


GundemXeber.Az-ın apardığı araşdırmalar əsasında məlum olub ki, 70 yaşlı Novruzov Vahid Tapdıq oğlu 24 ildir ki, Azərbaycan Respublikası Auditorlar Palatasının sədri vəzifəsini, 73 yaşlı İsmayilov Fəxrəddin Həsən oğlu isə, adı çəkilən bu qurumda sədr müavini vəzifəsini daşımaqdadırlar.
Auditorlar Palatasının sədri və müavini haqda ilginc iddialar
1996-cı il aprel ayından 2002-ci il avqustun 24-də keçirilmiş referendumda (ümumxalq səsverməsi) qəbul edilmiş konstitusiya dəyişikliklərinə qədər olan dövrədək “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin ikinci hissəsinə - “Azərbaycan Respublikasının Ali Soveti Auditorlar Palatasının Əsasnaməsini təsdiq edir və onun rəhbərini təyin edir” və “Azərbaycan Respublikasının Auditorlar Palatası haqqında” Əsasnaməsinin 9-cu bəndinə - “Palatanın sədrini və sədr müavinini Azərbaycan Respublikasının Ali Soveti təyin edir.” “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununun belə bir tələbinin olmasına baxmayaraq, 24 ilin son 18 (on səkkiz) ilini Vahid Novruzov və Fəxrəddin İsmayilov, nəinki Azərbaycan Respublikası Prezidentinin təyinatı, hətta həmin vəzifələrin icrası hər iki şəxsə həvalə olunmadan, onlar Auditorlar Palatasının sədri və onun müavini vəzifələrini qeyri qanuni olaraq, icra edirlər. Bu da o deməkdir ki, hər iki şəxs bu gün də daşıdıqları vəzifələrə özlri özlərini təyin etmişlər.
Belə ki, 2002-ci il avqustun 24-də keçirilmiş referendumda qəbul edilmiş konstitusiya dəyişikliklərinə əsasən, Azərbaycan Respublikası Auditorlar Palatası Milli Məclisin səlahiyyətindən çıxarılmış (Milli Məclisdə Hesablama Palatasının yaradılması ilə əlaqədar) və dövlətin heç bir hakimiyyət bölgüsünə daxil olmadan, məhz bir müstəqil qurum olaraq Azərbaycan Respublikasının Prezidentinin səlahiyyətinə verilmişdir. Yəni, Azərbaycan Respublikası Konstitusiyasının Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri adlı 109-cu maddəsinin 32-ci bəndinə - “bu Konstitusiya ilə Azərbaycan Respublikası Milli Məclisinin və məhkəmə orqanlarının səlahiyyətlərinə aid edilməyən digər məsələləri icra qaydasında həll edir” və “Auditor xidməti haqqında” 24 dekabr 2002-ci il tarixli 407-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddənin ikinci hissəsi yeni redaksiyada – “Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə müvafiq olaraq Auditorlar Palatasının Əsasnaməsi təsdiq edilir və onun rəhbəri təyin edilir.” Belə bir dəyişiklilərin həyata keçirildiyi vaxtlarda mərhum prezident Heydər Əliyevin səhhətində ciddi problemlər əmələ gəlir, o halda Ramiz Mehdiyev yaranmış vəziyyətdən sui-istifadə etməyi bacarır. Yəni, o, Azərbaycan Respublikası Auditorlar Palatasının Əsasnaməsinin Prezident tərəfindən təsdiq olunmalı və rəhbər şəxslərinin Prezident tərəfindən təyin olunmalı olduğunu cənab İlham Əliyevdən gizlədir. Belə bir yolla da o, Auditorlar Palatasının rəhbərliyini özünün təsir dairəsinə keçirib uzun müddət nəzarətində saxlaya bilir.
Onu da bildirək ki, Auditorlar Palatasının 2011-ci ildə keçirilən 15 illik və 2016-cı ildə keçirilən 20 illik yubiley tədbirlərində özünü sədr elan etmiş Vahid Novruzov, hər iki yubiley tədbirində ölkə Prezidenti tərəfindən hərhansı ordenlə, yaxud da medalla təltif olunmur. 23 oktyabr 2019-cu il tarixdə Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri vəzifəsindən uzaqlaşdırıldıqdan sonra yaranmış vəziyyətdən məharətlə istifadə etməyi bacaran Vahid Novruzov, çox keçmir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya vasitəçi tapır və oğlu Vüqar Novruzovu 04 dekabr 2019-cu il tarixdə Naftalan Şəhər İcra Hakimiyyətinə başçı təyin etdirməyə, özünün 70 illik yubiley tədbirində isə, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 6 yanvar tarixli sərəncamı ilə auditor xidməti sahəsində uzun müddətli səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni ilə təltif olunmasına nail olur (hansı ki, o, həmin vaxta qədər dövlət tərəfindən heç bir təltifə layiq görülməmişdir).
Dşündürücü hal odur ki, uzun müddət ərzində daşıdığı vəzifəsinə özü özünü təyin edən Vahid Novruzovun fəaliyyəti səmərəli fəaliyyət kimi qiymətləndirirsə və o, “Şöhrət” ordeni ilə təltif olunursa, o halda ortaya belə bir sual çıxır. Görəsən biz hansı dövlətçilikdən, hansı dövlət idarəçilik formasından danışa bilərik? Yəqin ki, belə bir suallara tam şəkildə aydınlıq gətirmək üçün, qəbul olunmuş Auditorlar Palatasının Əsasnaməsinə diqqət yetirmək kifayət edər.

P.S. Hörmətli oxucular! Mövzuda sadalanan faktlar olduqca aktuallıq kəsb etdiyndən, biz bu yöndə araşdırmamızı bundan sönra da davam etdirəcəyik. Ona görə də bizi izləyin ki, bizim yazdıqlarımızdan xəbəriniz olsun.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi