azia.az
azia.az

Prezident İlham Əliyev bir neçə fərmana dəyişiklik etdi

16-02-2016, 12:44

Prezident İlham Əliyev bir neçə fərmana dəyişiklik etdi Prezident Mütəllibovun Fərmanını ləğv etdi

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Elmlər Akademiyasının statusu haqqında” Azərbaycan Respublikası Prezidentinin 1991-ci il 15 may tarixli 210 nömrəli Fərmanının ləğv edilməsi barədə Fərman imzalayıb.
Fərmana əsasən, “Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsi”nin təsdiqi və “Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 yanvar tarixli 837 nömrəli Fərmanının ləğvi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 dekabr tarixli 386 nömrəli Fərmanına uyğun olaraq “Azərbaycan Respublikası Elmlər Akademiyasının statusu haqqında” Azərbaycan Respublikası Prezidentinin 1991-ci il 15 may tarixli 210 nömrəli Fərmanı (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1991, № 9-10, maddə 174) ləğv edilib.
Qeyd edək ki, “Azərbaycan Respublikası Elmlər Akademiyasının statusu haqqında” Azərbaycan Respublikası Prezidentinin 1991-ci il 15 may tarixli 210 nömrəli Fərmana görə, Elmlər Akademiyası SSRİ qanunları, Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikası Elmlər Akademiyasının Nizamnaməsi əsasında fəaliyyət göstərən respublika özünüidarə təşkilatı hesab edilirdi.
Nazirlər Kabinetinə isə Elmlər Akademiyasının yeni fəaliyyət şərtlərinə keçməsi ilə bağlı tədbirlər kompleksini üç ay müddətində hazırlamaq tapşırılmışdı.

***
FHN-nin Nizamnaməsində dəyişiklik edildi

Prezident İlham Əliyev 2009-cu il 10 iyul tarixli 121 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında Fərman imzalayıb.
Fərmana əsasən, Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1322-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 30 oktyabr tarixli 1488 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədi ilə
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 10 iyul tarixli 121 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 7, maddə 524; 2011, № 2, maddə 85; 2013, № 6, maddə 632; 2015, № 2, maddə 126) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının Nizamnaməsi”nin 9.5-ci bəndində “uçotdan” sözü “qeydiyyatdan” sözü ilə, “uçotunda” sözü isə “xüsusi qeydiyyatında” sözləri ilə əvəz edilməsinə qərar verilib.

***
“Torpaq icarəsi haqqında” qanunda dəyişiklik edildi

Prezident İlham Əliyev “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 12 mart tarixli 116 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında yeni fərman imzalayıb.
Fərmana əsasən, Konstitusiyanın 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri və “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 116 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Prezidentin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanının icrası ilə əlaqədar
“Torpaq icarəsi haqqında” Qanunun tətbiq edilməsi barədə” Prezidentin 1999-cu il 12 mart tarixli 116 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu 1999, № 3, maddə 168; 2001, № 10, maddə 640, № 12, maddə 755; 2003, № 10, maddə 577; 2005, № 11, maddə 1016; 2006, № 7, maddə 590; 2007, № 11, maddə 1110; 2010, № 7, maddə 610; 2014, № 11, maddə 1418) 2-ci hissəsinin dördüncü abzasında “hissəsində” sözü “və altıncı hissələrində” sözləri ilə, “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi” sözləri “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri ilə əvəz edilməsinə qərar verilib.

***
“Torpaqların münbitliyi haqqında” 2003-cü il Fərmanına dəyişiklik edildi

Prezident İlham Əliyev “Torpaqların münbitliyi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 979 nömrəli Fərmanında dəyişikliklər edilməsi Fərman imzalayıb.
Fərmana əsasən, Konstitusiyanın 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 5 fevral tarixli 453 nömrəli Fərmanının icrası ilə əlaqədar
“Torpaqların münbitliyi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2003 cü il 23 oktyabr tarixli 979 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 10, maddə 584; 2007, № 2, maddə 87; 2009, № 4, maddə 226; 2014, № 10, maddələr 1201, 1206, № 12, maddə 1553) aşağıdakı dəyişikliklər edilib:
1.2-ci və 1.4-cü bəndlərdə “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi” sözləri “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri ilə əvəz edilib.
1.3-cü bənddə “yerli icra hakimiyyəti orqanları” sözlərindən sonra “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (torpaqların təsərrüfat dövriyyəsindən müvəqqəti çıxarılmasına, konservasiya edilməsinə dair təkliflərin verilməsi hissəsində)” sözləri əlavə edilsin və “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi,” sözləri çıxarılıb.
Həmin Fərmanla təsdiq edilmiş “Torpaqların münbitliyinin təmin olunmasına dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nın 4-cü və 5-ci hissələrində “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi” sözləri “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri ilə əvəz edilib.

***
“Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı”nda DƏYİŞİKLİK

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 3 mart tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı”nda dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı imzalanıb. Qanunda aşağıdakı dəyişikliklər edilib:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 3 mart tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı”nı “Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsi”nin təsdiqi və “Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 yanvar tarixli 837 nömrəli Fərmanının ləğvi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 dekabr tarixli 386 nömrəli Fərmanına uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 3 mart tarixli 391 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 3, maddə 172; 2012, № 2, maddə 68, № 5, maddə 426, № 9, maddə 851, № 12, maddə 1248; 2013, № 9, maddə 1063; 2014, № 9, maddə 1033) ilə təsdiq edilmiş “Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı”nın 2.2-ci bəndindən “mərkəzi” sözü çıxarılsın və “Naxçıvan Bölməsində” sözləri “Naxçıvan və Gəncə bölmələrində” sözləri ilə əvəz edilsin.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi