azia.az
azia.az

Baş redaktor Byləqanda DYP əməkdaşlarının adlarının hallandığı vətəndaş ölümü ilə bağlı nazirə müraciət etdi

21-03-2020, 14:27

Baş redaktor Byləqanda DYP əməkdaşlarının adlarının hallandığı vətəndaş ölümü ilə bağlı nazirə müraciət etdi
Beyləqanda sürücü yol polisinin avtomobilində həyatını itirib. Criminal.az-a daxil olan məlumata görə, martın 19-da saat 18 radələrində Daşburun yolunda Ələhim adlı yol polisi əməkdaşı Fizuli rayonundan məcburi köçkün olan Ziyafət Novruz oğlu Novruzovun idarə etdiyi avtomobili saxlayıb. Hadisə şahidlərinin bildirdiyinə görə, polislər onu zorla xidməti avtomobilə mindirirlər. Yolda Z. Novruzov ürək tutmasından dünyasını dəyişib. Beyləqan rayon yol polis bölməsinin rəisi Azad Məmmədov Criminal.az-a hadisə barədə danışmaq istəməyib. O, ancaq hadisənin polis zorakılığından baş vermədiyini bildirib.
Baş redaktor Byləqanda DYP əməkdaşlarının adlarının hallandığı vətəndaş ölümü ilə bağlı nazirə müraciət etdi
Bölmə rəisi hadisə barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat almağı tövsiyyə etdi. Daxili İşlər Nazirliyindən Criminal.az-a bildirildi ki, hadisə iddia olunan kimi olmayıb. Yol polisi Z.Novruzovun idarə etdiyi 22-66 AQD dövlət nömrə nişanlı Niva markalı avtomobili saxlayıb. Məlum olub ki, Z.Novruzov köhnə dövlət nömrə nişanlı avtomobil idarə etməklə yanaşı, sürücülük vəsiqəsi də olmayıb. Yol polisi avtomobili müvəqqəti duracağa aparıb. Bu zaman Z.Novruzov duracağın həyətində yıxılaraq dünyasını dəyişib. Hadisə vaxtı sürücünün qohumu da yanında olub. Məlum olub ki, Z.Novruzovun səhhətində əvvəl də problem olub, o, iki dəfə infakt keçiribmiş.

Azinforum.az qeyd edir ki, əslən Beyləqan rayonundan olan jurnalist, “Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas da bu hadisənin araşdırılması və vətəndaşın ölümündə günahkar olan polislərin cəzalandırması tələbi ilə daxili işlər naziri Vilayət Eyvazova müraciət edib. Baş redaktorun səhifəsində yayılan həmin müraciəti təqdim edirik.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi