azia.az
azia.az

POLİS SÜRÜCÜNÜN ÖLÜMÜNƏ SƏBƏB OLDU! – Bakıda

6-03-2017, 14:46

POLİS SÜRÜCÜNÜN ÖLÜMÜNƏ SƏBƏB OLDU! – Bakıda


Martın 4-ü saat 12 radələrində Ziya Bünyadov prospekti ilə hərəkətdə olan 1961-ci il təvəllüdlü Əsgər Muradovun idarə etdiyi “Nissan” markalı avtomobili yol polisi əməkdaşı saxlayıb.

Bu barədə “Qafqazinfo”ya açıqlama verən sürücünün qohumu Nurəddin Həsənov bildirib ki, YPX əməkdaşının sürücü ilə kobud davranışı onun ölümünə səbəb olub:

“Polis ona deyib ki, sən “avtoş”luq edirsən. Bu da cavabında “sənin atan yaşdayam, mən “avtoş”luq edənəm?” deyib və bundan sonra aralarında mübahisə olub. Bunları Əsgər müəllim özü qohumumuz Rövşənə zəng edib deyib. Rövşənə deyib ki, polis mənə belə sözlər deyir, maşının açarını almaq istəyir, ürəyim sancır, gəl məni apar. Videodan da görünür, sonra maşının qarşısına keçir və yıxılır.
Ekspertizada dedilər ki, infarkt keçirib. Amma onu infarkt səviyyəsinə gətirən var. Əsgər müəllim polislə olan dialoqunu videoya çəkib. Polis görüb ki, öldü, onun telefonunu götürüb hər şeyi siliblər. Onun ürəyi xəstə idi, bu gün (martın 6-da) müalicə üçün İrana gedəcəkdi. O, Rusiya vətəndaşıdı, daim orada yaşayırdı. Oğluna toy etmək üçün Bakıya gəlmişdi”.

N.Həsənov bildirib ki, hadisə barədə televiziya kanallarına yanlış məlumat verilib:

“Televiziyada deyiblər ki, guya, sürücünün halı pisləşib, yol polisi əməkdaşları tibbi yardım göstərib və ölümün qarşısını alıblar. Necə qarşısını alıblar ki, bu gün üç mərasimidir? Həm də o, hadisə yerində vəfat edib, oradan birbaşa morqa aparılıb. Onu bu hala salan yol polisi əməkdaşının ad-soyadını hələ ki, bilmirik. Nərimanov rayon Dövlət Yol Polisi İdarəsinə məxsus “267” seriyalı avtomobildə olub. Sabah rəsmi qurumlara şikayət edəcəyik”.

DİN Baş Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri polkovnik Kamran Əliyev “Qafqazinfo”ya bildirib ki, baş vermiş hadisə araşdırılır və bu haqda mətbuata açıqlama veriləcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi