azia.az
azia.az

UNİNET: Başını quma soxmuş dəvəquşu sindromu və ya Cibimizə girib bizi saymayan oğru provayderlər İTTİHAM

11-03-2020, 22:09

Teref.az yazır ki, Azərbaycan da internet provayderi kimi fəaliyyət göstərən, başalayanda həqiqətən müştərilərinin rəğbətini qazanmağı bacaran bir provader var. UNİNET deyəndə bir çoxları başını bulayır, kiminin əvvəli kiminin axırı. Bu gün bu şirkətin müştəriləri ilə təmasi həqiqi mənada biabırçılıq həddindədir. Bu həm onların təqdim etdikləri internet xidmtlərinə aiddir, həmdə şikayətçi olan müştəriləri ilə əlaqələrinə.Sadə bir məsələni deyim. Siz əgər bu şirkətə zəng etmək istəsəniz çox vaxt saatlarla müsiqi dinləməli olmalısınız.
Əvvəllər həiqətən bazara yenilik gətirən bu şirkət bu gün müştərilərin bvaş ağrısına çevrilib. Axırıncı 3 ayda problemləri bitib tükənmir. Problemlə bağlı şirkətə zəng edirsən, ən çox eşitiyin: "Sizin xətdə problem var." cümləsi eşidərsən. Telefon xəttini yoxlatdırmaq istəyəndə yerli ustalar nəyə görə yoxlatdırma istədiyinizi eşidəndə gülürlər. Deyirlər qoy onlardanda bir nümayəndə gəlsin yoxlayaq.Bu onların günahıdır,yalan danışırlar, sadəcə sizi "lox"-layırlar.
UNİNET-dən isə nümayəndə gəlməsi böyük problemdir. 1 ayın içində 2 dəfə internet kəsilib və bu ərəfədə saatlarla şirkətə zəng etməyimizə baxmayaraq telefonu qaldıran yoxdur. Şirkətə gedib; "Axı niyə telefonu qaldırmırsınız?" sualı verəndə deyirlər ki, "Texiniki nasazlıq var, ona görə zənglər çox olur.." Axı telefon məşğul göstərmir, çağırır və sizlər mənə qulluq eləməli adamlar bu tlefonu götürmürsünüz.
Mən 2 ci qrup Qarabağ əlili görəsən nəyə görə UNİNET-in offisinə dırmaşmalıyam? Verdiyim pulun əvəzində onsuzda normal bir xidmət görmürəm və haram xoşunuz olsun deyərək, sizə zəng edirəm ki, cavab verəsiniz. Axı bunlar mənim və mənim kimilərin pulları ilə belə qudurublar ki, heç telefonlarımıza belə cavab vermək istəmirlər. Ordan çıxanda bir nəfər qulağıma pıçıldadı ki, səs salma nazir Ramin Quluzadənin yaxın çevrəsidirlər, ona görə belə heç kimi saymırlar. Dedim osun, Prezidentdən yuxarı deyillər ki, əgər Prezident deyirsə: "Xalqımın qlluğunda durmuşam!" Bunlar kimdirlər? Bu qədər xalqı saymamazlıqdan gəlmək olmaz. Baxın 1 gün vaxtından keçəndə internetimizi kəsən provayderlər, fors major deyib saatlarla bizi internetsiz qoyurlar. Üzr istəıməkləri cəhənnəm, heç telefonumuzu qaldırmırlar. Bəs biz istehlakçıların hüququ harda qaldı? Deməli nazirin yaxın çevrəsidilər deyə bu boyda millətin başına nəsə etməlidirlər? Və bu onlara elə elədə başa gələcək? Yaşayarıq görərək!
Qeyd: 3 ayda artıq 2 dəfədir ki, saatlarla zəng etməyimə baxmayaraq UNİNET şirkətindən telefonu qaldırn yoxdur. Buyurun Ramin müəllim əgər deyilənlər yalandırsa ölçü götürün.
P.S. Bu günlərdəı nazir Ramin Quluzadənin bizə söz verdiyi ən sürətli internet deməli bu imiş.....
2 ci qrup Qarabağ əlili, Teref.az saytının baş reaktoru Nurəddin Xoca.
Ardı var.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi