Mahir Abbaszadə bölgələrdə görüşlərə Şəkidən başladı - FOTOLAR
Azia.az təqdim edir. Yeni Azərbaycan Partiyası tərəfindən 121 saylı Laçın seçki dairəsindən namizədliyi irəli sürülmüş Mahir Abbaszadə təbliğat-təşviqat kampaniyası çərçivəsində növbəti görüşünü Şəkidə keçirib. Şəkidə məcburi köçkünlər üçün salınmış Çələbi xan qəsəbəsində yerləşən klub icma mərkəzində keçirilən görüşdə Laçın rayonundan olan məcburi köçkünlər iştirak edib.
Unikal.org xəbər verir ki, Mahir Abbaszadə YAP sədri, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə sosial, iqtisadi sahədə həyata keçirilən islahatlardan danışıb. Bildirib ki, dövlət tərəfindən aparılan siyasət xalqın maddi rifah halının yüksəlməsinə, onların layiqli həyat səviyyəsinin təmin olunmasına hesablanıb. Azərbaycanda güclü xalq-iqtidar birliyinin olduğuna diqqət çəkən Mahir Abbaszadə bunun sabitliyin təməlini təşkil etdiyini vurğulayıb.
Məcburi köçkünlərlə bağlı həyata keçirilən dövlət siyasətinə diqqət çəkən Mahir Abbaszadə bildirib ki, bu kateqoriyadan olan soydaşlarımızın sosial problemlərinin həlli daim dövlətin diqqət mərkəzindədir. Bu problemlərin aradan qaldırılması ilə bağlı dövlət başçısı İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın verdiyi tapşırıqlar ardıcıllıqla icra olunur.
Görüşdə çıxış edən təbliğat-təşviqat kampaniyasının iştirakçıları Mahir Abbaszadənin ötən illər ərzində olan deputatlıq fəaliyyəti haqqında ətraflı məlumat verib. Bildirilib ki, deputat hər zaman seçicisinin yanında olub və onları parlamentdə layiqincə təmsil edib.
Daha sonra görüş iştirakçılarına deputatın seçki platforması haqqında məlumat verilib. Seçicilərinin müraciətlərinin müsbət həlli üçün çalışdığını deyən M.Abbaszadə növbəti dəfə də qalib gələrsə, onların etimadını doğruldacağını deyib.
Laçın rayonundan olan məcburi köçkünlər çıxışlarında Mahir Abbaszadənin beşinci çağırış Milli Məclisdəki fəaliyyətini yüksək qiymətləndirib və fevralın 9-da keçiriləcək seçkilərdə də ona səs verəcəklərini bildiriblər.