azia.az
azia.az

Həftər Türkiyəni nədən kənarlaşdırmaq istəyib? - Xəlifə Moskvanı qəfil tərk etməsindən danışdı

14-01-2020, 20:51


Liviya Milli Ordusunun (LMO) rəhbəri marşal Xəlifə Həftərın Moskvada Liviya Milli Razılıq Hökumətinin Baş Naziri Faiz Səracla atəşkəs razılaşmasını imzalamamasının səbəbləri məlum olub.
Həftər Türkiyəni nədən kənarlaşdırmaq istəyib? - Xəlifə Moskvanı qəfil tərk etməsindən danışdı
“Al Arabiya” telekanalının verdiyi xəbərə görə, X. Həftər bildirib ki, ona təklif edilən sənədin layihəsində LMO-nun əksər tələbləri nəzərə alınmayıb.

“Atəşkəs razılaşmasının layihəsində Liviya Milli Ordusunun əksər tələbləri nəzərə alınmayıb”, - deyə X. Həftər vurğulayıb.

"Sky News Arabia” telekanalının yaydığı məlumatda bildirilib ki, X. Həftər Moskvada keçirilən görüşlərdə onun qüvvələrinin Tripolidə yerləşdirilməsinə və Tobrukda oturan parlamentin etibarını qazanacaq milli birlik hökumətinin yaradılmasına təkid edib.

Türkiyənin iştirakı olmadan atəşkəs rejiminə riayət edilməsi ilə bağlı beynəlxalq monitorinqin aparılmasına çağırış edən X. Həftər Suriyadan gətirilən muzdluların qeyd-şərtsiz ölkədən çıxarılmasını da tələb edib.

Qeyd edək ki, ötən həftə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin Liviyadakı bütün tərəfləri 12 yanvar saat 00:00-dan etibarən döyüşləri dayandırmağa çağırıblar. Bundan sonra marşal Xəlifə Həftərın rəhbərlik etdiyi Liviya Milli Ordusu (LMO) və Liviya Milli Razılıq Hökuməti atəşkəs elan ediblər.

Ötən gün isə Moskvada Rusiya və Türkiyənin Xarici İşlər və Müdafiə nazirlərinin vasitəçiliyi ilə Liviya Milli Razılıq Hökumətinin Baş Naziri Faiz Sərac və Liviya Milli Ordusunun (LMO) rəhbəri marşal Xəlifə Həftər arasında görüş keçirilib.

Liviya Milli Ordusunun (LMO) komandiri Xəlifə Hafta Liviyanın Milli Razılıq Hökumətinin Baş Naziri Faiz Sarracla atəşkəs razılaşmasını imzalamadan Moskvadan ayrılıb/APA.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi