azia.az
azia.az

Səhiyyə Nazirliyindən XƏBƏRDARLIQ - Bu dərmanın satış və istifadəsi qadağan olundu (YENİLƏNDİ)

14-01-2020, 11:49


Türkiyənin Sparta şəhər xəstəxanasında endoskopiya və kolonoskopiyadan keçən 8 xəstədən birinin anesteziya iynəsindən sonra dünyasını dəyişməsi Səhiyyə Nazirliyini hərəkətə keçirib.
Səhiyyə Nazirliyindən XƏBƏRDARLIQ - Bu dərmanın satış və istifadəsi qadağan olundu (YENİLƏNDİ)
Azia.az xəbər verir ki, ölkənin 81 bölgəsinin səhiyyə idarəsinə təcili xəbərdarlıq göndərilib və anesteziya iynələrinin satışının, istifadəsinin dayandırılması, daha sonra hamısının nazirliyə geri qaytarılması tələb olunub.

Dərman və Tibbi Cihaz Qurumu (TİTCK) “Dormofol” adlı bu inyeksiyanın istifadəsinə qadağa qoyub. Sözügedən dərmanın araşdırılması və analizi ilə bağlı proses başladılıb.

Bu inyeksiyadan ölkəmizdə varmı?

Məşhur anestezioloq-reanimatoloq Şahin Məmmədov Publika.az-a açıqlamasında bildirdi ki, Azərbaycanda oxşar dərmandan istifadə olunmur: “Bizdə “Propofol”dan istifadə olunur. Doğrudur, onun əks təsirləri üzə çıxa bilər. Lakin düzgün istifadə olunduğu təqdirdə, ciddi fəsadlar vermir. Sözsüz ki, əlavə təsirləri ola bilər. Amma istifadəsində vacib şərt var: ampulanı açdınsa, mütləq vurmalısan. Saxlamaq olmaz. Tərkibində soya yağı var. Ona görə də bakteriyalar üçün qidalı mühit hesab olunur. Bu səbəbdən saxlansa, infeksiyalaşa bilər".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi