Diqqət! Bu dərman satışdan çıxarılır
Yuxarı tənəffüs yollarının infeksiyaları zamanı geniş istifadə olunan Bioparoks dərmanı satışdan çıxarılacaq.
Bu boğaz üçün spreyin tərkibində "fuzafungin" adlı antibakterial maddə var ki, bu maddə çox ciddi allergik reaksiyalara (anafilaktik şok, bronxospastik sindrom) səbəb ola bilər.
Rusiyanın tanınmış Vademecum jurnalı xəbər verir ki, Avropa dərman preparatları agentliyi (PRAC/EMA) Bioparoks preparatının risklərini və faydasını qiymətləndirib belə qərara gəlib ki, dərmanın mümkün olan yanaşı təsirləri onun faydasından daha çoxdur.
Bu səbəbdən preparatı istehsal edən Servier şirkəti preparatı bütün dünyada satışdan çıxartmaq qərarına gəlib.