azia.az
azia.az

Abşeron İH haqda yazılan yanlış məlumatlar –MİF VƏ REALLIQ

12-01-2020, 00:05

Abşeron İH haqda yazılan yanlış məlumatlar –MİF VƏ REALLIQ
Vaxtilə Azərbaycanın böyük mütəfəkkiri, milli mətbuatın banisi Həsən bəy Zərdabi yazırdı ki, mətbuat cəmiyyətin aynası olmalıdır. Təməli ali ideallar, sağlam və pak amallar üzərində qoyulmuş milli mətbuatımızın bugünkü fəaliyyəti isə tamam fərqli, həm də ürəkaçan olmayan mənzərə yaradır.
Ölkədəki yüksək siyasi plüralizmin, demokratikləşmə prosesinin yaratdığı liberal mühitin nəticəsi kimi sayı rekord həddə çatmış sayt və xəbər portallarının heç də hamısı cəmiyyəti obyektiv informasiya ilə təmin etmək, insanları maarifləndirmək niyyətini qarşıya qoymamışdır. Bu gün mətbuatda cəmiyyətdəki bəzi nöqsanlara rasional, düzgün yanaşmanın, obyektiv tənqidin olmaması da özünü ciddi problem kimi göstərir.Abşeron İH haqda yazılan yanlış məlumatlar –MİF VƏ REALLIQ
Ulularımız "Xəncər yarası sağalar, söz yarası yox", - deyiblər. Jurnalist cəmiyyəti obyektiv informasiya ilə təmin etməklə yanaşı, həm də sözdən peşəkarlıqla istifadə etməli, peşə etikasına hörmətlə yanaşmalıdır. Şübhəsiz, mövcud problemlərin əsasında bəzən media sahəsində çalışan şəxslərin peşəkarlıq səviyyəsinin aşağı olması durur .
bildirilir ki, bu gün ifrat siyasiləşmiş saytlarda jurnalistlərin peşə davranışı normaları - qərəzsizlik, obyektivlik, vicdanlılıq, hadisələrə obyektiv baxış kimi ümdə prinsiplər mütəmadi pozulur, ayrı-ayrı dövlət məmurlarının, ictimai-siyasi xadimlərin, vətəndaşların şərəf və ləyaqətinə toxunan yazılar baş alıb gedir. Xaricdən maliyyələşən bəzi portallar hətta Azərbaycan xalqının dövlət maraqlarına və milli mənafelərinə zidd olan, milli-etnik münasibətləri qızışdıran yazılar dərc etməkdən də çəkinmirlər. Antiazərbaycançı şəbəkənin əlində vasitəyə çevrilən, "düşmən dəyirmanına su tökən" bu saytlar üçün milli maraq məfhumu da yoxdur. Sözdən qeyri-peşəkar, ləyaqətə toxunan bir formada istifadə isə cəmiyyətdə mənəvi-psixoloji fəsadlara rəvac verir. Azərbaycan Konstitusiyasının 46-cı maddəsi ilə hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ tanınır. Həmin maddənin 1-ci hissəsinə görə "Hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır". 46-cı maddənin 2-ci hissəsinə görə isə "Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz". Çünki vətəndaşların şərəf və ləyaqətinin qorunmasının təminatçısı dövlətdir. Mülki Məcəllənin 23.4-cü maddəsinə əsasən "Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır".Abşeron İH haqda yazılan yanlış məlumatlar –MİF VƏ REALLIQ
Sözümüzün canı var. Ötən ilin sonunda Ağstafa və Yevlax icra başçıları korrupsiya əməllərinə görə həbs edildilər. Bu cəmiyyətdə böyük məmnunluq hissi ilə qarşılandı. Və düşünürük ki, dövlət malına susamış hələ çox məmur öz cəzasını alacaq.
Ancaq olaydan öz maraqlı xətrinə yararlanalar var. Əsasən xaricdə yaşayan, Azərbaycandan vaxtilə emiqrasiya etmiş şəxslər günaşırı bu və ya diğər məmurun “sərvətləri” haqda məlumatlar yayır, burdakı , yəni Azərbaycanda qalmış həmkarları həmin məlumatları tirajlayırlar.
Sön dövrlər ən çox hücuma və haqsız tənqidə rast gələn şəxlərdən biri Abşeron icra hakimiyyəti başçısı İradə Gülməmmədovadır.
Onun və yaxın qohumlarının guya hədsiz var-dövlətə , çoxsaylı biznes şəbəkələrinə malik olmaları baradə dezinformasiyalar bir neçə sayta yol tapıb. Əslində bunlar bir şəbəkədir və eyni yanlış informasiyanı bir az fərqli formada biri-birilərinə ötürürlər.
Bu məqalələrdə dərc olunan informasiyaların yanlış və qərəzli olması bir yana, adi etik qaydalara əməl olunmur. İcra başçısı “kraliça”, “imperatriça” adlanır.
Görünür bu sözlərlə icra başçısına həqarət etmək istəyənlər bu sözlərin mənasını belə bilmirlər.
Bunu qoyaq bir kənara. Cənab başçının malik olduğu obyektlərin siyahısına baxaq.
Özlərini məxfi agent, milli Edvard Snuden sayanların fikrinə görə Abşeronda yerləşən “Titanik” adlı obyekt İradə Gülməmmədovaya məxsusdur. Bunlar özlərini əziyyətə salıb vergi orqanlarına ya elə həmin obyektin sahibinin adına bir sorğu da verməyiblər ki, görsünlər əmlakın yiyəsi kimdir. Axı nəyə lazım, yalan daha tez yapışır.
Yazırlar ki, Xırdalan dağılıb tökülür, palçığın içindədir , hamı zara gəlib və sair.
Bəs səbəbin niyə yazmırsız? Son on ildə az qala 2 dəfə böyüyən, şəhər statusu almış Xırdalanda su və kanalizasiya xətti yenilənməməlidir? Özü də bunun layihəsini “Azərsu” ASC reallaşdırır. Su və kanalizasiya xətlərinin çəkilişi, sonra asfalt örtüyünün yenilənməsinə görə dövlət “Azərsu”-ya 100 milyona kimi maliyyə ayırıb.Abşeron İH haqda yazılan yanlış məlumatlar –MİF VƏ REALLIQ
Abşeron İH dəfələrlə əhaliyə məlumat verib ki, çətinliklər müvəqqətidir. Artıq işlər yekunlaşır. Əsas küçələr və məhəllədaxili yollar abadlaşdırılır.
Son bir –iki ayda asfalt çəkilən yolların fotosunu, videosunu bu saytlarda görə bilməzsiniz. Düzü və olanı yazmaq müxalif mediada aktual deyil. Şou efekti vermir. Oxucu yığa bilmirlər.
Yenidən qayıdaq “biznes şəbəkə”sinə. İradə Gülməmmədovanın həyat yoldaşı və qohumlarının malik olduqları apteklər , farmasevt firmalar haqda məlumatlar verilib. Özləri də qeyd ediblər ki, bu firmalar 1996, 1998 yaxud 2004-cü illərdə qeydiyyata alınıb.
Məğər həmin vaxt İradə xanım başçı kimi çalışırdı? Bəli, cənab başçının farmasevt işi ilə məşğul olan yaxın qohumu olub. Və bu şəxsi Ağdam-Şuşa camaatı gözəl tanıyır. Hələ sövet vaxtı dövründən ən tanınmış və hörmət edilən şəxslərdən olub Qarabağda.
Adını yazmağa ehtiyac durmuruq. Bir balaca araşdırma aparsalar yazı sahibləri bunu öyrənə bilərdilər. İqtisadi-biznes nağılları yazmağa ehtiyac olmazdı.
İcra başçısının qardaşı R.Quliyev Qarabağ döyüşlərinin iştirakçısı, qazidir. O, Şəhid, Əlil və Veteranlar Birliyinin təsisçisidir. Bundan başqa, Qarabağ döyüşçüləri – veteran və əlillərin, hərbiçilərin iştirak edə biləcəyi amputant futbol komandası yaradıb. Onun da “biznes imperiyasın” aşkarlayıblar. İstinad olunan mənbə bu linkdir:My Webpage
Özləri yazır ki, “Nabat” adlı firma uzun illər əvvəl Rusiyada qeydiyyatdan keçib.
Sahibi, yiyəsi tamam başqa bir şəxsdir-Abbasov Mehman Rafiq oğlu. Amma “Nabatı” da calıyırlar Rövşən Quliyevə. Nə var-nə var qazimizin ailəsində Nabat adlı xanım var imiş.
Bu hansı təfəkkürə,əxlaqa sığır?
Qəribə məntiqləri də var. Başçı uşaq evii ziyarət edir, yazır ki, körpələr yatan vaxt gedib. Nə bilim, camaatla görüşdən sonra gedib. Özünü vitse-prezident Mehriban Əliyevaya bənzədir.
Abşeron İH haqda yazılan yanlış məlumatlar –MİF VƏ REALLIQ
Bəli, Mehriban xanım bir nümunədir, uşaqlara, vətəndaşlara qayğı ilə yanaşan, humanist bir şəxsiyyət. Özünü ona bənzətmək, onun yolunu getmək elə hər bir məmurun borcudu. Tək İradə Gülməmmədovanın yox.
Vəzifəyə təyin olunan gündən İradə xanım qayda qoyub- hər birinci gün vətəndaşları icra hakimiyyətində qəbul edir, dördüncü günlər isə səyyari olaraq rayonun kənd və qəsəbələrində görüş keçirir.
Yerli sakinlərlə keçirilən görüşlər yalnız rəsmiyyət xatirinə keçirilmir, hər kəsin öz fikirlərini aydın şəkildə ifadə etməsi üçün yaradılmış demokratik şərait bu səyyar qəbulların əsl mahiyyətini ehtiva edir.
Müxtəlif problemi olan vətəndaşların sonda razı şəkildə akt zalından evlərinə getmələrini izləmək adamda rahatlıq və məmnunluq hissləri yaradır. Əlbəttə, məhz bu cür- dialoq şəklində keçən görüşləri formalaşdıran əsas amil səmimiyyətdir.Görüşün əvvəlində mütləq xüsusi vurğulanır: ölkə başçısının tapşırığıdır ki, vəzifəli şəxslər, rəhbər işçilər təkcə öz kabinetlərində deyil, eyni zamanda yerlərdə vətəndaşlarla görüşsünlər.
Bu gün rayonun simasını dəyişən çoxmərtəbəli, bir-birindən gözəl yaşayış və inzibati binaları, təbii ki, Abşeronun tərəqqisini şərtləndirən mühüm əlamətlərdir. Ancaq təkcə bunlarmı?! Rayonda sənaye və kənd təsərrüfatının, təhsilin və mədəniyyətin inkişafı üçün də münbit şərait yaradılıb.
Abşeron rayonu 9 ildir ki, dövlətdən dotasiya almır. Bütün xərclər daxili resurslar hesabına ödənilir.
Yəni görülən işlər göz qarşısındadır. Yanlış informasiyalarla vətəndaşların gözündə yerli icra strukturunu gözdən salmaq effetk verməyəcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi