"Bilinmir ki, onlar qazilərdir, ya yox" - Rövnəq Abdullayev
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti, millət vəkili Rövnəq Abdullayev Qarabağ qaziləri ilə SOCAR əməkdaşları arasında yaranan davadan danışıb.
Rövnəq Abdullayev Unikal.org-a eksklüziv açıqlamasında bildirib ki, baş verən hadisədən xəbərdardır:"Bu barədə məlumatım var. Baş verən hadisədə iştirak edən şəxslər hələ dəqiq bilinmir ki, qaziləridir ya yox. Bütün hallarda dövlət məmuruna əl qaldırmaq ağır cinayətdir”.