azia.az
azia.az

"AVRO-2016"dakı arzum gerçəkləşdi" - Rövnəq Abdullayev

11-07-2016, 06:49

"AVRO-2016"dakı arzum gerçəkləşdi" -  Rövnəq Abdullayev "AVRO-2016”nın final oyunu ərəfəsində Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) təşkilatçılığı ilə qəbul keçirilib.

Qaynarinfo.az AzərTAc-a istinadən xəbər verir ki, Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov futbol üzrə Avropa çempionatında UEFA-nın rəsmi tərəfdaşı olan SOCAR-ın ötən bir ay müddətində uğurla fəaliyyət göstərdiyini qeyd edib.

Rövnəq Abdullayev tədbirdə çıxış edərək, bunun SOCAR-ın ilk sponsorluğu olduğunu və şirkətin üzərinə düşən yükün öhdəsindən müvəffəqiyyətlə gəldiyini diqqətə çatdırıb. Bir ay əvvəl Fransanın finala çıxmasını arzuladığını və arzusunun reallaşdığını deyib. O, "AVRO-2016”nın təşkilinə görə UEFA menecerlərinə, eləcə də Fransa hökumətinə təşəkkür edib. Futbol ailəsi üzvlərinin əl-ələ verib gələcəkdə də böyük yarışlar keçirəcəklərinə əminliyini bildirib.

Parisin 7-ci rayonunun meri Raşida Dati SOCAR-a sponsorluğuna və tərəfdaşlığına görə təşəkkürünü bildirib.

Sonda FİFA-nın prezidenti Ciani İnfantino “Avro-2016”nın təşkilatçılarına və SOCAR-a tərəfdaşlığa görə təşəkkür edib. Bu axşam Parisdə Azərbaycan qonaqpərvərliyinin şahidlərini 2020-ci ildə ölkəmizdə keçiriləcək “Avro-2020” futbol yarışlarına və bu yarışlardan əvvəl də Bakıya gəlməyə dəvət edib. O, iştirakçıları əmin edib ki, onlar Bakıda özlərini Fransadakı kimi hiss edəcəklər.

Qeyd edək ki, tədbirdə əfsanəvi futbolçular Ruud Qullit və Kristian Vyeri də iştirak edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi