azia.az
azia.az

“Ded Xasan”ın ad verdiyi, “Lənkəranski”in döydürdüyü, “Lotu Quli” qohumu olan “Vaxa” kimdir? - DOSYE+VİDEO

29-07-2019, 08:45

“Ded Xasan”ın ad verdiyi, “Lənkəranski”in döydürdüyü, “Lotu Quli” qohumu olan “Vaxa” kimdir? - DOSYE+VİDEO
Kriminal aləm, "oğru dünyası”na qarşı nə qədər mübarizə aparılsa da, onlar müəyyən sahələrdə hələ də öz "hakimiyyətlərini” qoruyub saxlaya bilirlər.
BakuPost-un məlumatına görə, ötən əsrin əvvələrindən keçmiş SSRİ ərazisində ən çox "qanuni oğru” gürcüstan əsillilər sayılır.

Bir müddət əvvəl Rusiya daxili işlər orqanları tərəfindən ölkə ərazisində 432 "qanuni oğru” olduğu qeyd olunub. Ən çox "qanuni oğru” gürcü millətindən olanlardır. Hazırda 242 gürcü "qanuni oğru” var. Sonrakı yeri ruslar tutur. Erməni millətindən olan 30, yezidi kürdlərdən 26, azərbaycanlılardan 16, abxazlardan və çeçenlərdən 10, yəhudilərdən isə 7 "qanuni oğru” var.

Gürcü "oğru”ların bir qsmi Azərbaycan əsillidir. Bunlara misal olaraq Nadir Səlifov (Lotu Quli), Namiq Səlifov (Namiq Bakinski), Baxış Əliyev (Vaxa), Otari Bədəlov ("Otar”), Vaqif Süleymanov (Diplomat), İlqar Əliyev (İlqar Bolniski) də var.

Baxış Əliyevlə Nadir və Namiq Səlifov qardaşları dayıoğlu-bibioğludurlar.

Baxış Əliyev kimdir?

"Vaxa” 1974-cü ildə Dumanisi rayonunda anadan olub. Gənc yaşlarından kriminal aləmə can atmağa başlayıb. Onun da yolu bir müddət sonra "Oğruların şəhəri” olan Moskvadan keçir. "Vaxa” Moskvada gürcülərin güclü olduğu bazarlarda, obyektlərdə özünü tanıtmağa başlayıb. Elə həmin dövrdə əslən kürd olan gürcüstanlı Aslan Usayanın "gözünə girməyə” nail olub.

22 yaşı olanda Moskvada xuliqanlıq etdiyinə görə həbs edilib. 1 il azadlıqdan məhrum olunan Baxış Əliyev həbsxanada sınaqlardan üzü ağ çıxır.

Buna görə də Moskvada fəaliyyət göstərən gürcü kriminallar Baxış Əliyevə dəstək nümayiş etdirirlər.

2004-cü ildə Moskvada böyük bir "sxodka” keçirilir. 32 "qanuni oğru” tərəfindən Baxış Əliyev taclandırılır.
“Ded Xasan”ın ad verdiyi, “Lənkəranski”in döydürdüyü, “Lotu Quli” qohumu olan “Vaxa” kimdir? - DOSYE+VİDEO
30 yaşında kriminal aləmin zirvəsinə yüksələn "Vaxa” fəaliyyətini daha da genişlədir.

O, 2006-cı ildə azərbaycanlı iş adamı Hüseynovun oğurlanmasında, daha sonra isə qətlində şübhəli bilindiyi üçün saxlanılıb. Lakin məhkəmə onun bu cinayətdə əli olduğunu sübut edə bilməyib və onu ancaq xuliqanlığa görə 3 il azadlıqdan məhrum edib.

Həmin zaman "Vaxa” girovun artıq ölmüş olduğunu bildiyi halda girovun qaytarılmasında vasitəçilik edir.
Bu davranış oğru qaydalarına zidd hesab edildiyi üçün onu 2007-ci ildə "qanuni oğru” titulundan məhrum edirlər.

Daha sonra gürcü avtoritetlərlə "Ded Xasan” arasında yaranan münaqişə zamanı sonuncu onun hüquqlarını bərpa edir və onu Ukraynaya Lənkəranskinin mövqelərini zəiflətmək üçün göndərir. Baxış Əliyev 2011-13-cü illərdə 4 dəfə saxlanılır və Ukraynadan qovulur.

"Vaxa” azərbaycanlı kriminallar - Rafiq Eyvazovun, Emin Hacıqabullunun və Rəşad Gəncəlinin "qanunu oğru” titulu alması ilə bağlı keçirilən "sxodka”larda iştirak edib və onların bu titulu qazanmasına səs verib.
“Ded Xasan”ın ad verdiyi, “Lənkəranski”in döydürdüyü, “Lotu Quli” qohumu olan “Vaxa” kimdir? - DOSYE+VİDEO
2012-ci ildə Baxış Əliyev İstanbulda Rövşən Lənkəranskinin rəhbərlik etdiyi "qanuni oğru”larla toqquşur. Ölümcül vəziyyətə gətirilənə qədər döyülən B.Əliyev bütün oğru hüquqlarından məhrum edilir.

Bundan sonra o, çox yaşamır. Baxış Əliyev 2014-cü ilə Odessada "Veçerniy Baku” restoranından çıxan zaman kriminal hesablaşma nəticəsində mühafizəçi ilə birlikdə öldürülür.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi