Bir sirli şəklin izi ilə: Mi-6-nın agenti Bakıda nə zaman və kimlərlə şəkil çəkdirib FOTOFAKT
Bir sirli şəklin izi ilə: Mi-6-nın agenti Bakıda nə zaman və kimlərlə şəkil çəkdirib FOTOFAKT
25-06-2019, 07:29
Bir sirli şəklin izi ilə: Mi-6-nın agenti Bakıda nə zaman və kimlərlə şəkil çəkdirib FOTOFAKT
Tərəf.az illərdir sosial şəbəkələrdə böyük marağa səbəb olan və bir çox şaiyələr və miflərə səbəb olan bir fotonun izi ilə gedərək bu sirri açmağa qərar verdi. Çoxları bu şəkli görüb,hərə bunu bir cür yozub. Bu şəkil hətta dünya mediasındada işıq üzü görüb və fərqli yorumlara səbəb olub.Amma əslində bu şəkildəkilər kimlərdir, kim çəkilib şəkildə, nə zaman və harda çəkilib?
Bu suallara cavab tapmaq üçün 1991-1993 cü illərdə AXC-nin mühafizə şöbəsinin müdürü olmuş " Boz Qurd" batalyonunun komandiri, 2 qrup Qarabağ əlili Nurəddin İsmayılov (Xoca) ilə söhbətləşdik.
- Nurəddin bəy bu şəkil sizə tanışdır?
- (gülür) Bəli tanışdır Tarixi, bir çox şaiyələrə yol açan bir şəkildir. Heç kim heç nə bilməyə bilməyə hərə istədiyi kimi, necə sərf edirsə elədə yorumlayıb.
- Düzdür, bu şəkil və bu şəkildəki insanlar haqqında bir çox fantastik və əslində heç də fantastik olmayan hadisələr danışırlar. Axı şəkildə ortada gördüyünüz gözlüklü, əlində avtomat olan adam BP-də işləsə də Britaniya kəşfiyyatı Mİ-6-ya da xidmət edirdi. Bu şəkil nə zaman çəkilib?
- Bu şəkil 1992-ci il mayın 15-də "Moskva" otelinin vestibülündə çəkilib.
- Necə?
Bəs deyilənə görə 1993-cü ildə Surət Hüseynov çevrilişi zamanı çəkilib? Axı şəkildə ortada əlində avtomat olan eynəkli adam BP-nin vitse-prezidenti Lesli Abrahamsdır. Söhbət korporasiyanın keçmiş vitse-prezidenti Lesli Abrahamsdan gedir. Məsələn məşhur tədqiqatçı-jurnalist Qreq Palas yazır ki, Lesli Abrahams BP-nin Azərbaycanda, Bakıdakı ofisinin qarşısında əlində AK-47 avtomatı tutaraq çəkdirdiyi şəkli də var. Yəni bunlar düz deyil?
- Mən kimin nə danışdığını deyə bilmərəm. Şəkildə gördüyünüz hərbi formada qıraqlarda dayananlar AXC -nin "Boz Qurd" baktalyonunun uşaqlarıdırlar. Oqtay və Qalib. Bilirsiz gəlin bir az o günlərə qayıdaq. Mayın 15 Ali Sovetin qarşısına AXC-nin qərargahından yürüş başladı. Bu yürüşlə bağlı çox dedi-qodular və şaiyələr var.
Ay cəbhədən hansısa qüvvələr gətirilib, nə bilim texnika gəlib. Amma elə deyil. AXC-nin mühafizə şöbəsinin və AXC-nin "Boz Qurd" batalyonunun hərbi formada olan üzvlərindən başqa ora Fəhmin Hacıyev DQ-nın 40-a yaxın kursantlarını gətirmişdi. Maşınqayırma zavodundan rəhmətlik Hüseynalı Hüseynov BRDM və BTR götürmüşdü. Hansıların ki heç bir silahı işləmirdi.Ancaq 1 texnikanın deyəsən pulemyotu işləyirdi, onunda başnyası dönmürdü.Yadımdan çıxmamış onuda deyim ki, Şıxov batalyonunun 3-4 əskəridə var idi ki, onlarıda müvəqqəti batalyona götürdük.
Yəni zavodda təmirdə idilər. Olan qüvvə bu idi və cəbhədən heç bir qüvvə götürülməmişdi. Hə birdə Nizami Musayevin müəyyən qədər idmançıları var idi. Bizim əskərlərin böyük əksəriyyətinin kaumflyajlarının arxasında "Boz Qurd" trafareti vurulmuşdu.Bunu o zamanki şəkillərdə də görmək olar.
Bu batalyon əvvəldən dəstələrə bölünmüş və hər dəstənin qarşısına müəyyən həll ediləcək məsələlər qoyulmuşdu ki, onlar yürüş iştirakçılarının, yəni silahsız xalqın təhlükəsizliyini qoruyurdular. Yadınıza gəlirsə Ali Sovetin qarşısında neçə gün idi Mütəllibovçu qüvvələrin silahlı dəstələri çadır qurmuuşdular və hamını hədələyirdilər. Düzdür mən gecə ora gedib onları xəbərdar etdim ki, əgər kimnsə xalqa qarşı nəsə bir hərəkət etsə yerindəcə cəzasını alacaq. Onlar da başa düşüb biz gəlməyə bir az qalmış getmişdilər (gülür) Xülasə əskərlərimizin bir qrupuna "Moskva" otelini yoxlamaq tapşırılmışdı. Bax o şəkildəki əsgərlər bizm uşaqlardır. Yadınıza gəlirsə "Moskva" otelinin damından güllə atılmışdı. Uşaqalr "Moskva" otelini tutub, otelin təhlükəsizliyini təmin edəndə bu Lesli Abrahams dediyiniz də 3-4 nəfərlə o oteldə yaşayırdı. Bax onda o uşaqlardan xahiş edir ki, sizinlə şəkil çəkdirmək istəyirəm. Uşaqalr da razı olurlar. O zaman Qalibdə 2 avtomat var idi. Çeçenlərin ""Borz" qısa avtomatı və öz tabel avtomatı yəni "Kalşnikov". Bax həmin tabel avtomatını da verir ingilisə ki, silahla şəkil çəkdirsin.Və onlar bir yerdə şəkil çəkdirirlər. Yəni uzun sözün qısası, şəkil 1992-ci il mayın 15-də "Moskva" otelinin vestibülündə AXC-nin " Boz Qurd" batalyonun əsgərləri ilə çəkilib. O iki nəfər həmin xarici qonaqlar idilər! Sadəcə qonaq kimi xahiş ediblər uşaqlarla xatirə şəkli çəkdirmək istəyiblər.
Onuda deyim ki, oteldı Araz ƏIizadəni də yanında tapança olduğu üçün həbs etmişdilər uşaqlar. Oteldə İbrahim bəy də var idi.4-5 nəfərdə sənədsiz adam saxlanılmışdı.Mən gəlib sonra onları buraxdım.
- Nurəddin bəy maraq üçün soruşuram, yürüş zamanı nə qədər silahlə əskər var idi və onlar hansı hərbi hissələrdən idilər?
- Nizami Musayevin idmançıları hərbi formada deyildilər. Mənim isə şöbəmdə və batalyonumda o zaman 200 nəfər əskər və üzv var idi.Bunlardan 8-10 nəfəri qərərgahın təhlükəsizliyinə cavabdeh olanlar idilər yəni şöbənin işçiləri idi. Qalanları batalyonun əskərləri idilər.
- Bəs onlar cəbhədə deyildilər?
- Mənim "Boz Qurd" batalyonum ehtiyat rezerv batalyonu idi və birbaşa İskəndər Həmidova tabe idi. Batalyona uşaqlar gəlirdilər, bir müddət təlim keçir, 2-3 əməliyyatlarda iştirak edir və sonra mənim təqdimatım ilə ordu, polis, MTN, gömrük, bələdiyyə polisi və OMON-a gedirdilər.Biz bir başa AXC rəhbərliyinin, daha doğrusu İskəndər bəyin əmri ilə əməliyyatlara cəlb olunurduq. Mənim uşaqalrım, Zəngiılan, Qubadlı, Ağdam, Ağdərə, Qazax, Tərtər əməliyatlarında iştirak ediblər.Bunlar lokal xüsusi əməliyyatlarda olub, ordu əməliyyatlarında. Düşmıən ərazilərinədə girmişik,itkidə vermişik. Biz bu dəstəni yaradanda hələ heç Müdafiə Nazirliyi yox idi. Mən özüm 1-ci dəfə 91-ci ilən oktyabr ayının 24-də yaralanmışam. 12-14 güllə yarası almışam, 2 əskərimi şəhid vermişəm. Onda hələ Müdafiə Nazirliyi yox idi,Amma cəbhə silah istəyirdi, silahlanmaq lazım idi.Bu ölüm və dirim məsələsi idi və biz bu məsələni həll etdik.
- Nurəddin bəy siz Lesli Abrahamsı gördünüz?
- Gördün deyəndə, bir qrup xaricilərin olduğunu, 7 mərtəbədə isə jurnalistlərin yaşadığını dedilər. O şəkildəkinin qrupunu gördüm, dedilər ingilislərdirlər, BP-dən. Fikir vermədim. Tapşırdım otaqlarına ötürsünlər. Həm də bir nəfərimiz yaralanmışdı, onu təciili xəstəxanaya göndərdik.
- Bəs indiyə qədər niyə danışmırdınız bəy?
- Birinci soruşan yox idi, ikinci isə bəzi şeylərin vaxtı çatmalıdır ki, onları danışasan!
- O şəkildəki uşaqalrın axırı necə oldu?
- Onalrdan biri sonra polis rəisi işlədi. Rəhmətə gedib. O biri sağdır. Bu yaxınlarda Bakıda idi.Görüşürük tez-tez. AMDP-nin sədr müavini oldu bir müddət. İndi rayondadır.
- Nurəddin bəy təşəkkür edirik.
-Sizə təşəkkür düşür..
Teref.az