azia.az
azia.az

Başçının iş otağında icra nümayəndəsi öldü – ŞOK OLAY

5-04-2019, 01:09

Başçının iş otağında icra nümayəndəsi öldü – ŞOK OLAY

İCRA BAŞÇISININ ƏMRI İCRA NÜMAYƏNDƏSININ ÖLÜMÜNƏ SƏBƏB OLDU. SƏBƏBI YENƏ RÜŞVƏT Müəllif: Dəryaz Oraqov 5 Aprel 2019 / ŞİKAYƏTLƏR
Başçının iş otağında icra nümayəndəsi öldü – ŞOK OLAY
Image result for ibrahim mustafayev
Məmməd Qasımov : «Qardaşım dünyasını dəyişəndən sonra prokuror Allahverdi Səfərov hadisə yerində olmağına baxmayaraq mərhumun pencəyi İcra Hakimiyyətinin inzibati binasında yoxa çıxıb və hələ də tapılmır».
“Deryaz.az»in əldə etdiyi məlumatlara görə, dünən səhər saatlarında Gədəbəy RİH başçısının iş otağında, adı çəkilən rayonun Qaradağ kəndi üzrə icra nümayəndəsi Cahangir Qasımov dünyasını dəyişib.
Düzdür, belə bir hadisənin başvermə səbəbi haqda ilk əvvəl müxtəlif mülahizələr irəli sürülsə də, tərəfimizdən apardığımız araşdırmalar zamanı bəlli oldu ki, adı çəkilən şəxsin ölümünə səbəb, məhz ondan 3 min manat pulun tələb olunması olub. Belə ki, əldə etdiyimiz məlumata görə RİH-nin başçısı İbrahim Mustafayev Qaradağ kəndi üzrə icra nümayəndəsi Cahangir Qasımovu daşıdığı vəzifəsindən uzaqlaşdırıb. Belə olan halda o, dünən günün səhər saatlarında icra hakimiyyətinin binasına gedir və ilk əvvəl o, icra başçısının özü ilə gətirdiyi MKTB-nin rəisi Əkbər Kazımovla qarşılaşır. Həmin vaxt Əkbər Kazımov ondan RİH-nə gəlməsinin səbəbini soruşur. O halda Cahangir Qasımov cavab verir ki, “məni icra başçısı işdən çıxarıb, elə bu səbəbdən də məsələni ayrıd etmək üçün gəlmişəm” deyir. Həmin vaxt Əkbər Kazımov ona “növbə indi mənimdir, sən gözlə. Mən içəri keçib sənin məsələni də həll edə bilərəm” deyir və yarım saatdan sonra çölə çıxır. O halda o, Cahangir Qasımova bildirir ki, “icra başçısı 3 min manat “haqq-hesab” istəyir, sən həmin pulu ver və səhərdən də işinə çıx”. Elə ki, icra başçısının otağına daxil olmaq üçün növbə Cahangir Qasımova çatır və otağa daxil olur, həmin an o , icra başçısına “məni hansı səbəbə işdən azad etmisiniz və 3 min manat pulu niyə verməliyəm” deyə ona sual edir. Çox keçmir ki, icra başçısının iş otağında əməlli-başlıca mübahisə baş verir. Elə ki, tərəflər arasında mübahisə şiddətlənir və çox keçmir ki, Cahangir Qasımovun ürəyi yatır və o, icra başçısının iş otağında dünyasını dəyişir.

Təəccüb doğuran hal o olur ki, işdən çıxarılmış icra nümayəndəsi dünyasını dəyişsə də, onun yaxın qohum-əqrəbalarını içəri buraxmırlar və “özünün ürəyi yatdı” deyə belə bir təbliğat aparırlar. Övladları RF-nın ərazisində olduğundan, mərhumun qardaş və bacıları, yaxınları baş verən hadisənin bütün günahını İbrahim Mustafayevdə görürlər. Hal-hazırda icra hakimiyyətinin binasını polis rəisi ciddi şəkildə mühafizə etdirir. Dünən günün müxtəlif saatlarında mərhumun yas yerinə Şınıxdan, Bakıdan və digər yerlərdən çoxlu sayda qohum-əqrəbalarının gəldikləri, ryonun idarə-müəssisə rəhbərlərinin yas yerində olduqları söylənilir. Hətta, sakinlər arasında belə bir məlumat da dolaşmaqdadır ki, prokuror Allahverdi Səfərov mərhumun qardaşlarına “siz şikayət etməyin” deyə minnətçi düşüb və bunun qarşılığında Cahangir Qasımovun qardaşlarına, yaxınlarına yaxşı vəzifə veriləcəyi də bildirilir. Belə bir səbəb üzündən də, rayonda ümumi vəziyyətin hələ də gərgin olaraq qaldığı bildirilir.

Hadisənin dəqiqliyini öyrənmək üçün İcra Hakimiyyətinin 1-ci müavini Natıq Nağıyevə zəng vurduq. O, mərhumun hüzründə olduğunu deyərək deyilənlərin yanlış olduğunu bildirdi və suallarımızdan yayındı.

P.S. Biz Dəryaz olaraq, mərhumun qardaşı Məmməd Qasımovla telefon əlaqəsi saxladıq. O,deyilənləri təsdiqlədi və əlavə olaraq onu da bildirdi ki, «bunlar deyirlər ki, guya axırıncı dəfə başçının qəbuluna gələndə icra başçısı ona deyib ki, səni işdən çıxartmıram,get işində dönüş yarat. Sual doğur ki, əgər başçı onu işində saxlamış olsaydı mərhumun nəinki ürəyi dayanar, hətda sevinərdi». Məmməd Qasımov onu da bildirdi ki, «qardaşım dünyasını dəyişəndən sonra prokuror Allahverdi müəllim hadisə yerində olmağına baxmayaraq mərhumun pencəyi İcra Hakimiyyətinin inzibati binasında yoxa çıxıb və hələ də tapılmır».

Görəsən pencək niyə aradan çıxardılıb, bəlkə cırılıbmış?….

Gədəbəy rayon Prokuroru cənab Allahverdi Səfərov isə bildirdi ki, istintaq gedir, pencəyin itməsi barədə hələ heç nə deyə bilmərəm.Başçının 1- ci müavini Natiq Nağıyev isə dedi ki, pencəkdir, itib, axtarılır tapılacaq.

Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq!
Mövzu diqqətimizdədir. İstinad olunan mənbə bu linkdir:My Webpage
Deryaz.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi