azia.az
azia.az

16 yaşlı qız 14 yaşlı bacısını öldürdü-ŞƏMKİRDƏ DƏHŞÇƏT

Bu gün, 15:11

Şəmkirdə 12 yaşlı qızı qətlə yetirən şəxs tutulub.

Xəbər verilir ki, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində qətli törətməkdə şübhəli bilinən bacısı, 16 yaşlı S. Rəhimova saxlanılıb.

Araşdırmalar davam etdirilir.

Qeyd edək ki, qızın itkin düşməsi ilə bağlı ötən gün valideynləri polisə müraciət etmişdilər.

***11:25

24.07.2026-cı il tarixində saat 21:00 radələrində 2014-cü il təvəllüdlü azyaşlı (qadın cinsli) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə ölü vəziyyətdə gətirilib.

Bu barədə TƏBİB-dən bildirilib.

*** 24.07.2026  22:15

Şəmkirdə bıçaq xəsarəti alan qız xəstəxanada ölüb.

Azia.az  APA-ya istinadən xəbər verir ki, rayonun Mahmudlu kənd sakini 2014-cü il təvəllüdlü Ə. Namazova ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Göstərilən tibbi yardımlara baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

İlkin məlumata görə qızın valideynləri onun bu gün itkin düşməsi ilə bağlı polisə müraciət ediblər.

Lakin bundan bir qədər sonra yeniyetmə öz həyətyanı sahələrindən yaralanmış şəkildə tapılıb.

Hazırda hadisənin baş vermə səbəbləri polis əməkdaşları tərəfindən araşdırılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi