azia.az
azia.az

Cəlilabadda "30 Min" Sirri – Kim Nəyi Gizlədir?

Bu gün, 08:26

Mediatvaz.com bildirir ki, ötən saylarında Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov ilə rayon təhsil sektorunun müdiri İlkin Zeynalov arasında yarandığı iddia edilən gərginlikdən bəhs etmiş, "Cəlilabadda icra başçısı ilə təhsil sektoru rəhbəri arasında qalmaqal? – İddiaların kökündə 'bilet məsələsi' dayanır?" sərlövhəli məqaləmizdə redaksiya olaraq Cəlilabad Rayon İcra Hakimiyyətinin, rayon təhsil sektorunun və digər aidiyyəti qurumların rəsmi mövqeyini dərc etməyə hazır olduğumuzu bildirmişdik.

Həmin yazının dərcindən sonra Mediatvaz.com-un redaksiyasına yeni və daha diqqətçəkən məlumatlar daxil olub.Redaksiyaya daxil olan məlumatlara görə, icra başçısı ilə təhsil sektoru rəhbəri arasında narazılıq yarandıqdan sonra icra başçısı tərəfindən aidiyyəti dövlət qurumlarına müraciətlər edilib və nəticədə rayonun 7 ümumtəhsil məktəbində yoxlamalar aparılıb.Məlumatlarda bildirilir ki, həmin yoxlamalar zamanı ciddi maliyyə və digər qanun pozuntuları aşkar olunub, nəticədə 7 məktəb direktoru tutduğu vəzifədən azad edilib.Məlumatlarda daha sonra iddia olunur ki, baş verən proseslərdən sonra rayon təhsil sektorunun müdiri İlkin Zeynalov məsələ ilə bağlı yuxarı instansiyalara, o cümlədən Prezident Administrasiyasına müraciət edib və bu məqsədlə bir neçə gün Bakıda olub.
Bütün bunlar isə bir sıra ciddi suallar doğurur.
Əgər həmin məktəblərdə doğrudan da ciddi qanun və maliyyə pozuntuları mövcud idisə, bu faktlar niyə məhz tərəflər arasında narazılıq yarandıqdan sonra araşdırılmağa başlanılıb? Rayon rəhbərliyinin bu problemlərdən əvvəldən xəbəri vardımı? Əgər xəbərdar idisə, niyə vaxtında tədbir görülməyib? Yox əgər xəbərsiz idisə, onda qısa müddətdə məhz hansı əsaslarla həmin məktəblər seçilərək yoxlanılıb?
Rayonda səsləndirilən başqa bir iddia isə vəziyyəti daha da müəmmalı göstərir. Belə ki, sakinlər arasında guya "30 min" məbləği ilə bağlı müxtəlif söhbətlərin dolaşdığı bildirilir. Bu söhbətlərin nədən qaynaqlandığı, hansı hadisə ilə əlaqəli olduğu və ümumiyyətlə həqiqəti əks etdirib-etdirmədiyi barədə isə rəsmi açıqlama yoxdur. Məhz buna görə də cəmiyyətin maraqlandığı bu məsələ ilə bağlı aidiyyəti qurumların mövqeyi xüsusi əhəmiyyət daşıyır.Bütün bu iddialar həqiqətə uyğun deyilsə, aidiyyəti qurumlar ictimaiyyət qarşısında aydın və əsaslandırılmış izahat verməlidirlər.

mənbə bu link
Qeyd edək ki, bu yazıda yer alan məlumatlar redaksiyaya daxil olmuş iddialara əsaslanır.Redaksiya Cəlilabad Rayon İcra Hakimiyyətinin, rayon təhsil sektorunun, Elm və Təhsil Nazirliyinin və digər aidiyyəti qurumların rəsmi mövqeyini dərc etməyə hazırdır.
Mediatvaz.com


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi