azia.az
azia.az

Cəlilabadda icra başçısı ilə təhsil sektoru rəhbəri arasında qalmaqal? – İddiaların kökündə "bilet məsələsi" dayanır?

Bu gün, 11:36

Cəlilabad rayonunda baş verən və redaksiyamıza daxil olan məlumatlar dövlət idarəçiliyində qərarların hansı prinsiplərlə verildiyi barədə ciddi narahatlıq yaradır.İddialara görə, Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov ilə rayon təhsil sektorunun müdiri İlkin Zeynalov arasında yaşanan gərginlik artıq məktəblərə də sirayət edib. Bildirilir ki,tərəflər arasında yaranmış fikir ayrılığı fonunda rayonun bir neçə ümumtəhsil müəssisəsində yoxlamalar aparılıb və həmin yoxlamalar zamanı ciddi nöqsanlar aşkar edilib. Nəticədə üç məktəb direktoru barəsində müvafiq tədbirlərin görülməsi məqsədilə aidiyyəti qurumlara müraciət olunub.Mediatvaz.com-un redaksiyasına təqdim olunan məlumatlarda iddia olunur ki, qalmaqalın başlanğıcında müəyyən tədbirlə bağlı biletlərin alınması məsələsi dayanır. Mənbələrin sözlərinə görə, icra başçısı müəyyən sayda bilet alınmasını istəyib, lakin sektor müdiri bununla razılaşmayıb. Məhz bundan sonra münasibətlərin kəskin şəkildə pisləşdiyi bildirilir.Daha diqqətçəkən iddia isə odur ki, İlkin Zeynalov baş verənlərlə bağlı yuxarı dövlət orqanlarına müraciət edib. Əgər belə bir müraciət həqiqətən mövcuddursa, deməli, məsələ adi xidməti fikir ayrılığı deyil,müəyyən "maraqların toqquşduğu" və araşdırılmalı olan ciddi idarəetmə mübahisəsidir.Ən mühüm sual isə budur:bəzi məktəblərdə yoxlamaların aparılmasının təşkil edilməsi və məktəb direktorları  haqqında tədbir görülməsi  yalnız qanuni əsaslarla həyata keçirilib, yoxsa bu qərarlar tərəflər arasında yaşandığı iddia edilən qarşıdurmanın nəticəsi olub?Dövlət məktəbləri heç kimin şəxsi nüfuz savaşının meydanına çevrilməməlidir. Təhsil sistemi inzibati təzyiq, şəxsi narazılıq və ya qeyri-rəsmi göstərişlər əsasında deyil, yalnız qanun və obyektiv meyarlar əsasında idarə olunmalıdır. Əks yanaşma müəllimlərin, direktorların və bütövlükdə təhsil ictimaiyyətinin müəyyən qurumlara inamına ciddi zərbə vura bilər.İndi isə aidiyyəti qurumlar bu suallara aydınlıq gətirməlidir: Məktəblərdə aparılan yoxlamaların hüquqi əsası nə olub,üç direktor hansı konkret qanun pozuntularına görə cəzalandırılıb,İlkin Zeynalov tərəfindən yuxarı dövlət orqanlarına hər hansı rəsmi müraciət edilibmi?
Bu suallar cavabsız qaldıqca, ictimaiyyət arasında müxtəlif ehtimalların yaranması qaçılmaz olacaq.
Redaksiya məsələ ilə bağlı Cəlilabad Rayon İcra Hakimiyyətinin, rayon təhsil sektorunun və digər aidiyyəti qurumların rəsmi mövqeyini dərc etməyə hazırdır. Əgər yayılan iddialara münasibət bildirilməsə Cəlilabad təhsilində baş verənlərin səbəbləri və qəbul olunan qərarların obyektivliyi ilə bağlı suallar daha da artacaq.

Davamı var..
Mediatvaz.com


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi