Göyçayda qazıntısı aparılan yolun bərpası niyə gecikir? - VİDEO
Göyçay şəhərində qazıntı işləri aparılan yolun asfalt örtüyünün bərpa olunmaması sakinlərin narazılığına səbəb olub.
Metbuat.az-ın bölgə müxbiri xəbər verir ki, bu barədə yerli sakinlər bildiriblər. Onlar qeyd ediblər ki, şəhərin əsas yollarından biri hesab edilən Heydər Əliyev prospektində yerləşən bu yoldan hər gün yüzlərlə minik və yük maşınları istifadə edir. Sakinlər iddia edir ki, "Azərsu" ASC tərəfindən təmir üçün qazılan yolun yenidən asfalt örtüyü ilə təmin olunmaması bu problemə gətirib. Qazıntı işlərindən sonra asfalt yol bərpa edilməyib.
Məsələ ilə bağlı Göyçay Su Melorasiya Sistemlərinin İstismarı idarəsinə müraciət etdik. İdarədən bildirildi ki, yaxın zamanda göstərilən ünvana yeni asfalt örtüyünün çəkilməsi nəzərdə tutulub.
Davud Tarverdiyev