azia.az
azia.az

Xaçmaz İcra Hakimiyyəti milyonun dörddə birini gül-çiçəyə və zibil qabına xərcləyir

Bu gün, 08:35

Xaçmaz Rayon İcra Hakimiyyəti müxtəlif mal-materialların satınalınması ilə bağlı keçirdiyi tenderə yekun vuraraq "Asəfoğlu Ticarət" MMC ilə müqavilə bağlamağa hazırlaşır.

32gun.az xəbər verir ki, Dövlət büdcəsinə baha başa gələcək bu satınalma müqaviləsinin ümumi dəyəri 284 min 855 manat 54 qəpik təşkil edir. Müqavilə çərçivəsində rayona xüsusi pedallı mexanizmlə təchiz olunmuş 250 ədəd böyük həcmli zibil konteyneri və hündürlüyü minimum 2 metr olan 8 min 500 ədəd Eldar şamı gətiriləcək.

Bunlarla yanaşı, icra hakimiyyəti şəhərin bəzədilməsi üçün qərənfil, pion, papatya və alisium kimi müxtəlif növlərdə ümumilikdə 32 min ədəddən çox bəzək gülü və kolu da satın alır.

Ayaz


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi