Şagirdləri daşıyan mikroavtobus aşıb – FOTO – VİDEO
Sabirabadda içərisində 20-yə yaxın şagird olan mikroavtobus aşıb.
Xəbər verilir ki, hadisə Sabirabad rayonunun Osmanlı kəndində baş verib.
Şirvandan hazırlıq kursundan şagirdləri evlərinə aparan “Mercedes” markalı mikroavtobusun qarşısına heyvan çıxması nəticəsində yoldan çıxaraq aşdığı bildirilir.
20-yə yaxın şagird avtomobildən çıxarılıb. Məlumata görə, ciddi xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır./apa/