azia.az
azia.az

QƏBƏLƏ VƏ QAXA GÜCLÜ QAR YAĞDI

14-01-2026, 09:33

Hazırda Azərbaycanın şimal-qərb bölgəsinə güclü qar yağır.

 

Azia.az  Oxu.Az-a istinadən xəbər verir ki, kəskin hava şəraiti səbəbindən yollarda bəzi çətinliklər müşahidə edilir.

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Oxu.Az-a verilən məlumata görə, Qax-Zaqatala, Şəki-Qax, Qax-İlisu avtomobil yollarında, həmçinin Qax şəhərinin giriş yolunda qarın yolun hərəkət hissəsindən təmizlənməsi tədbirləri davam etdirilir.

  

Bundan başqa, Qəbələ-Laza avtomobil yolunda qarın yolun hərəkət hissəsindən təmizlənməsi işləri aparılır.

 

Eyni zamanda, Bakı-Şamaxı-Yevlax avtomobil yolunda, həmçinin ərazi üzrə yerli əhəmiyyətli avtomobil yollarında körpülərin üzərində buzlaşma qeydə alınıb.

 

Agentlik tərəfindən körpülərin üzərində buzlaşmaya qarşı tədbirlər görülür, hərəkətin təhlükəsizliyi və fasiləsizliyi təmin edilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi