Daşkəsəndə şəhid ailələrinə bayram sovqatları təqdim edilib
“AzerGold” QSC və “Daşkəsən Dəmir Filiz” MMC-nin birgə təşəbbüsü, Daşkəsən Rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə 31 Dekabr – Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Daşkəsən rayonunda növbəti sosial yardım aksiyası həyata keçirilib.![]()
Aksiya çərçivəsində Daşkəsən şəhərində qeydiyyatda olan şəhid ailələrinin üzvləri ziyarət edilib. Vətəndaşlara aksiya təşkilatçılarının səmimi təbrikləri çatdırılıb, müxtəlif ərzaq məhsullarından ibarət bayram sovqatları təqdim edilib.![]()
Qeyd edək ki, yerli icra hakimiyyəti orqanlarının dəstəyi ilə həyata keçirilən bu cür sosial aksiyalar dövlətin sosial-iqtisadi yönümlü proqramlarına dəstək məqsədi daşıyır. Səhmdar Cəmiyyəti və onun törəmə müəssisəsi 2025-ci il ərzində əlamətdar günlərdə hasilat və istehsalat fəaliyyəti göstərdiyi bölgələrdə yaşayan əhalinin sosial rifahının yüksəldilməsi məqsədi ilə ümumilikdə 1000-dən çox ailəyə sovqatlar təqdim edib.