Dönərdən kütləvi zəhərlənmə-TƏCİLİ
Xəbər verilir ki, zəhərlənmə halları şəhər ərazisində yerləşən dönərxanalarda qeydə alınıb.
İlkin məlumata görə, şəhər sakini 1994-cü il təvəllüdlü Nəsib Zeynalov, Dəllər Cəyir qəsəbə sakini 1991-ci il təvəllüdlü Dürdanə Kazımova, onun 2014 və 2015-ci il təvəllüdlü övladları dönər yedikdən sonra zəhərlənmə əlamətləri ilə xəstəxanaya yerləşdiriliblər.
Noyabrın 9-da isə Dəllər qəsəbə sakini, 1982-ci il təvəllüdlü Ruslan Eyniyev eyni diaqnozla xəstəxanaya gətirilib. Zərərçəkənlərin hamısına tibbi yardım göstərilib, vəziyyətləri stabilləşdikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.
Faktla bağlı araşdırma aparılır.