azia.az
azia.az

ZƏRDABIN BAŞÇISI QALMAQALLI SÖKÜNTÜYƏ MÜNSİBƏT BİLDİRDİ-"Kəndlərdə tövlə tikilməsi üçün heç bir icazə alınmır"

7-06-2025, 17:22

Ötən gün bir vətəndaş sosial mediada paylaşım edərək Zərdab rayonunun Qoruqbağı kəndində həyətində tikdiyi tövlənin qanunsuz şəkildə söküldüyünü iddia edib. Hadisə sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub.

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyindən açıqlama verilib. Bildirilib ki, Əmlak Məsələləri Dövlət Xidmətinin yerli ərazi şöbəsi tərəfindən Zərdab rayonunun Qoruqbağı kəndi ərazisində bələdiyyə mülkiyyətində olan torpaq sahəsində vətəndaş Bəkirov Taleh Ağaəli oğlu tərəfindən qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilib. Bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinə müraciət olunub.

Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Əmlak Məsələləri Dövlət Xidməti və Zərdab Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb.

Azia.az xəbər verir ki, Zərdabın İcra Başçısı  Mərdan Camalzadə hadisəyə münasibət bildirib. O, ARB kanalına açıqlamasında deyib ki, həmin hadisə ilə bağlı İcra Hakimiyyətinin rəsmi saytında ətraflı məlumat verilib.

"Həmin tikili tövlə deyil, ticarət obyektidir. Həmin qadının adına heç bir obyekt yoxdur. Tikintinin sökülməsi ilə əlaqədar Rayon İcra Hakimiyyəti, Əmlak Komitəsi, Fövqəladə Hallar Nazirliyi və polis tərəfindən dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, tikinti sökülməyib. Sonda Fövqəladə Hallar Nazirliyi tərəfindən qanunsuz ticarət obyektinin sökülməsinə qərar verilib. Belə məlumatlar işıqlandırılarkən araşdırılmamış məlumatların verilməməsini xahiş edirəm. Kəndlərdə tövlə tikilməsi üçün heç bir icazə alınmır. Heç kəs tövlənin və ya hər hansı xırda obyektin tikilməsinə maneçilik törətmir. Obyekt yolun kənarında tikilib”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi