Quba rayon Ağsaqqallar Şurasının sədri İldırım Məmmədovun 75 illik yubileyi ilə əlaqədar Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov yubilyarı təbrik edərək Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanını və hədiyyələr təqdim etmiş, ən xoş arzularını çatdırmışdır. Yubiley tədbirində rayonun hüquq-mühafizə orqanlarının, idarə və təşkilat rəhbərləri iştirak etmişdir.
Bundan başqa Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov tərəfindən Azərbaycan Ağsaqqallar Şurasının sədri, professor Eldar Quliyevin təbrikləri də çatdırılaraq ona Azərbaycan Ağsaqqallar Şurasının Fəxri Fərmanı təqdim olunmuşdur.
Rayon Ağsaqqallar Şurasının sədri İldırım Məmmədov Quba Rayon İcra Hakimiyyətinin və Azərbaycan Ağsaqqallar Şurasının rəhbərliyinə göstərilən diqqətə və qayğıya görə öz təşəkkürünü bildirmişdir.