azia.az
azia.az

"Siyəzənneft Neft və Qazçıxarma İdarəsinin Həmkarlar İttifaqı Komitəsi" cərimələnir

20-09-2024, 09:21

Siyəzənneft Neft və Qazçıxarma İdarəsinin Həmkarlar İttifaqı Komitəsinə inzibati protokol yazılıb.

 Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 233.1-ci (Ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

 

İş Siyəzən Rayon Məhkəməsinin hakimi İlqar Cabbarovun icraatındadır.

 

Xəyal Quliyev


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi