azia.az
azia.az

Şəmkir sakini “Azəriqaz” rəhbərliyindən şikayətçidir – PREZİDENTƏ MÜRACİƏT / FOTO

9-08-2024, 09:01

Şamkir rayonu, Düzqışlaq kənd sakini İsmayılov Şükür Rasim oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Prezidentin köməkçiləri Fuad Ələsgərova, Anar Ələkbərova, Cəmil Abbasova, Prezident Admistrasiyasının rəhbəri Samir Nuruyevə, Baş nazir Əli Əsədova, Baş prokuror Kamran Əliyavə, FHN rəhbəri Kəmaləddin Heydərova, SOCAR prezidenti Rövşən Nəcəfə, Səhiyyə naziri Teymur Muşayeva, Ombusman Səbinə Əliyevaya, eləcə də digər aidiyyəti qurumların rəhbərlərinə müraciət edir.

“Yazaraq sizləri məlum edirəm ki, yaşadığımız Şəmkir rayonu, Düzqışlaq kəndində bir hayatyanı sahənin içində iki mənzil tikmişik. Səbəb isə, bacımın ailəsi ilə birgə bizimlə yaşamağıdır.

Onu da qeyd edim ki, bacımın hayat yoldaşı müharibə veteranıdır, medallarla təltif olunub. Onun evi olmadığı üçün bizimlə birgə yaşayırlar. 1 övladları var.

Həyətdə qaz sayğacı bir ədəddir. Ümumilikdə istifadə olunan qazın hamısı qeyd olunur.

Şəmkir Regional Qaz İdarəsinin Nəzarət şöbəsinin müdiri Ehtiram müəllim əməkdaşları ilə bizim ünvana gələrək, kobud şəkildə bildirdi ki, sərfiyyat aşmaya görə külli miqdarda cərimə olunacaqsız. Hətta sayğaçı ləğv edəcəklərini də bildirdilər. Biz bu zaman Ehtiram müəllimin kobud rəftarına susaraq, bildirdik ki, o zaman bizə 2-ci sayğac qurraşdırın. O da dedi ki, get məhkəməyə müraciət et.

Yazaraq nəzərinizə çatdırım ki, kənddə bizim vəziyyətdə yaşayan ailələr az deyil. Müəyyən vaxtdan sonra həmin evlərə, məhkəməyə getmədən, 2 sayğac quraşdırılıb. Nədənsə Ehtiram müəllim bizimlə qərəzli şəkildə rəftar edir. Belə çıxır ki, həmin insanlar qeyri-qanuni şəkildə 2-ci sayğacı çəkdiriblər?! Elə xətlər var ki, yerin altı ilə çəkilib, beləliklə sayğaca gedən xət yerin altında birləşir.

Hətta kənddə qaz xətlərinin çoxu su arxının içindən, bəziləri isə torpağın altından keçir. Bu halda güclü partlayışlara səbəb ola bilər.

Şəmkir Regional Qaz İdarəsinin şöbə müdiri Ehtiram müəllim bütün bunlara göz yumur.

Bundan başqa, Kür qəsəbəsinə gedən yolda da borular baxımsız haldadır. Torpağın altı ilə gedən də var, bayırda qalıb çürüyən də. Hətta 2 yerdə qaz xətləri magistral yolun altı ilə keçir. Bu da ətrafdakı obyektlər üçün təhlükəlidir. Hər an yüzlərlə vətəndaşın həyatına son qoyula bilər.

Bir sözlə, Şəmkirdə o qədər qanunsuzluq var ki, heç bilmirəm hansından başlayım. Muxtariyyə, Qədimqala, Əliyaqublu, Yenihəyat kəndlərində də qaz xətti bəzi evlərin qabağından yerin altı ilə gedir, hətta üzəri kafel-metlaq ilə örtülüb.

Həmçinin, Şamkir rayonu, Düzqışlaq kəndində də demək olar ki, bütün qaz xətləri su arxının içindən keçir.

Ehtiram müəllim vətəndaşlarla çox kobud danışır, bu yollarla xalqı narazı salır. Bu insanın vəzifəsi sanki vətəndaşı aşağılamaq və narazı salmaqdır.

Onu da qeyd edim ki, Ehtiram müəllim idarədə iki il öncə mühandis kimi işə başlayıb. Şöbə müdiri işləmək üçün 5 il çalışıb, qanunla 4-cü dərəcəyə şöbə müdiri qoyulmalı idi. Qanun burada da çeynənilib. 2 illik iş qeydiyyatı olan bir adamı hansısa yol ilə Nəzarət şöbəsinə müdir təyin olunub.

Əsas faktlardan birini də qeyd edim ki, Kür qəsəbə yolunda olan magistraldan keçən qaz xətti “3 yol” adlanan ərazidə yol çəkimi zamanı körpünün altından plastik borularla çəkilib. Bəzi yerlərini dəmir borularla, çox yerini isə plastik borularla çəkiblər. Dəfələrlə yoxlamalar keçirilsə də, bu kimi əsas faktlar gizlədilib, üzə çıxarılmamışdır.

Kənddə imkanlı olan ailələrin qapıları döyülmür, halbuki onların da həyətində 2 sayğac var. Belə məmurlar xalq arasında ayrı-seçkilik salırlar. Qanun-qayda kasıblar üçündür, varlılar üçün qanun yoxdur.

Evimə sayğac qoymaq üçün mənə məhkəmənin yolunu göstərirlər. Amma imkanlılar bu məhkəmə prosesindən azaddırlar. Belə haqsızlıq olar? Qanun hər kəs üçün olmalıdır. Pullu adamla pulsuz adam seçilirsə, biz kasıblar onda yaşamayaq.

Hazırladı: Jalə FAMİLQIZI

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi