azia.az
azia.az

Şamaxının Şərədil kəndi "zibil" tullantıların içində itib-batıb-CAVABDEHLƏR SUSUR...

28-07-2024, 16:08

 Redaksiyamıza ötən gün Şamaxı sakinlərinin müraciəti daxil olmuşdur. 

Müraciətdə bildirilir ki, rayonun Şərədil kəndi zibil tullantıların içində itib-batıb. Kimə müraciət edirlərsə baxan yoxdur. Hədda, Ərazi Ekologiya idarəsi belə bunları görməzdən gəlir. "Ötən gün Ekologiya naziri Şərədil kəndinin on addımlığında yerləşən oteldə böyük tədbir keçirdi. Amma nədənsə zibillikləri görməyib. Bizim gümanımız nazirin gəlişinə idi ki, görüb dərhal tədbir görəcəyini ümid edirdik. Amma tam əksini gördük. Rayon rəhbərliyi, Şərədil kəndinin icra nümayəndəliyi və bələdiyyəsi sanki bu tullantıların kəndin girişinə tökülməsində maraqlı tərəf kimi görünürlər.Bir qurup sakin olaraq xahiş edirik ki, gələcəkdə yayılacaq qrşısıalınmaz xəstəliklərin mənbəyi olan bu zibilliyin təmizlənməsində Şərədil kənd sakinlərinin səsinə səs verəsiniz"-deyə müraciət edən sakinlər bildirirlər.

Tullantılar barədə qısa və məzmunlu göstəriş var. Redaksiya olaraq aşağıdakı tələbləri yetkililərin nəzərinə çatdırırıq. 

"Azərbaycan respublikası qanunverciliyində tullantıların idarə olunması sahəsində dövlət siyasətinin prinsipləri birmənalı şəkildə öz əksini tapıb. Demək ki, qanunvericilik bazası möcuddur. Qalır bunlara cavabdehlik daşıyan məsul şəxslər. 

 Tullantıların idarə olunması sahəsində dövlət siyasətinin prinsipləri aşağıdakılardır:

əhalinin sağlamlığının və ətraf mühitin ekoloji tarazlığının qorunması.

Ekoloji tarazlığın və iqtisadi maraqların təmin olunmasının elmi cəhətdən əsaslandırılması;"

Demək qanunvericilik bazası var. Bəs məsuliyyət. Yəqin ki, nazirliyin Ərazi Ekologiya idarəsi bu özbaşınalıqları törədənləri dərhal müəəyyən edib cəzalandıracaq. 

Söhbət həm də insan sağlamlığına yönəlik təhdiddən gedir. 

Biz bu materialı tədbir görülməsi üçün Şamaxı rayon icra hakimiyyətinə,

Ekologiya və təbii sərvətlər nazirliyinə və Şamaxı rayon Polis idarəsiunə ünvanlayırıq.

Azia.az blogu



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi