azia.az
azia.az

Qubada Saxlanılanlar görün kimlərdir (Foto+ VİDEO)

3-09-2023, 09:04

Qubada narkotiklərin qanunsuz dövriyyəsinə qarşı silsilə əməliyyat tədbirləri keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan 32gun.az-a verilən xəbərə görə, rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən son 3 ay ərzində rayon ərazisində narkotiklərlə bağlı keçirilən əməliyyatlar zamanı 70 fakt aşkarlanıb. Belə ki, narkotik vasitələrin əldə edilməsi, daşınması, qanunsuz dövriyyəsi, satışı, narkotik tərkibli bitkilərin kultivasiyası və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olan ümumilikdə 46 nəfər saxlanılıb.

Qanunsuz dövriyyədən ümumilikdə 11  kiloqrama yaxın marixuana, 5 kiloqrama yaxın heroin, psixotrop maddə metamfetamin və metadon həbləri, yaş halda çəkisi 37 kiloqram çəkidə 95 ədəd çətənə kolu çıxarılıb.


Bundan başqa rayonun müxtəlif ərazilərində keçirilən əməliyyat nəzarət-profilaktiki tədbirlər nəticəsində yabanı halda bitən 8 ton 11455 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.

Faktlarla bağlı Quba rayon Polis Şöbəsində müvafiq araşdırmalar aparılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi