İcra hakimiyyəti tender qanununu pozub
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Oğuz Rayon İcra Hakimiyyətinin tenderini ləğv edib.
Valyuta.az xəbər verir ki, tender Oğuz şəhəri X.Yunusov 87 ünvanında yerləşən istimai yaşayış binasının əsaslı təmiri işləri üzrə layihə smeta sənədlərinin hazırlanması ilə bağlı elan edilmişdi.
Tenderin ləğvi “Dövlət satınalmaları haqqında” Qanunun pozulması ilə bağlıdır.
Bununla bağlı Anriinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət olunub. Araşdırmalardan sonra tenderin ləğvi ilə bağlı icra hakimiyyətinə məktub göndərilib.
Hüseyn