azia.az
azia.az

Rəcəb Babaşov azyaşlı qızın evlənməsinə icazə verdiyi üçün işdən çıxardığı sabiq nümayəndəsinə vəzifə verib

23-08-2023, 08:11

Qazax şəhər Kommunal Müəssisələri Kombinatına nebi rəis təyin edilib. 

32gun.az-ın əldə etdiyi məlumata görə, Qazax Rayon İcra Başçısı Rəcəb babaşovun əmri ilə kombinanatın rəhbər postuna Hüseynli Tahir Namiq oğlu  gətirilib. Tahir Hüseynli artıq ir müddətdir bu vəzifəsini icra edir. 

Xatırladaq ki, Hüseynli Tahir Namiq oğlu Daş Salahlı kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsi olarkən 2022-ci ilin iyunun 18-də Qazax rayonunun Daş Salahlı kəndində yetkinlik yaşına çatmayan qıza toy mərasiminin keçirilməsinə icazə verdiyi iddiası ilə vəzifəsindən uzaqlaşdırılmışdı. Hətta bununla bağlı Qazax Rayon İcra Hakimiyyətinin rəsmi saytında da məlumat yayılıb. 

Ayxan


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi