azia.az
azia.az

Yeznə-qayın arasında qanlı dava — TƏFƏRRÜAT

4-08-2023, 10:20

Astara rayonunda 1998-ci il təvəllüdlü Tapdıq münaqişə zəminində yeznəsi Bayrama xəsarət yetirib. 

Məlumata görə, hadisə Astara rayonunun Maşxan kəndində baş verib. Tapdıq kənd ərazisində torpaq yolda yeznəsi Bayramla şəxsi münasibətlər zəminində mübahisə edib. 

Mübahisə zamanı Tapdıq yeznəsinin ayağının topuq nahiyəsinə təpiklə vurub və üz üstə yerə yıxıb. Hadisə zamanı Bayram xəsarət alıb. 

Hadisəni törədən Tapdıqın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Tapdıq ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, hadisə günü, saat 18 radələrində o və yeznəsi Bayram Astara rayonu Çayoba kəndindən toy şənliyindən çıxaraq Maşxan kəndinə fermaya yollanıblar. “Yolda sərxoş olan yeznəm mənimlə zarafat etməyə başldı. Lakin Bayramın zarafatından xoşum gəlmədiyi ücün ona bu barədə iradımı bildirdim. Lakin yeznəm zarafatını davam etdirdiyi üçün aramızda mübahisə baş verdi. Mübahisə zaman təpiklə arxadan Bayramın topuq nahiyəsində vurdum. Bayram yerə yıxıldı.Sonra onu yerdən qaldırdıqda, üz və burun nahiyəsində qan olduğunu gördüm”. 

İş üzrə zərərçəkmiş Bayramın sözlərinə görə, sonra anası Sürəya onun yanına gələn zaman burun nahiyəsindən qan gəldiyini görüb və ondan nə baş verdiyini soruşub: “Mən də anama hadisəni danışdım. Anam Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat verdi”. 
Bu cinayət işinə Astara rayon Məhkəməsində baxılıb. 

Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. 
Bu səbəbdən Tapdıqın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli
Demokrat.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi