azia.az
azia.az

Yuxarı Qarabağ kanalında bəndin uçan hissəsi bərpa edildi

3-08-2023, 08:35

Avqustun 2-də Yuxarı Qarabağ su kanalının Bərdə rayonunun Qaraqoyunlu kəndindən keçən hissəsində bəndin bir hissəsinin uçması nəticəsində ətraf ərazilər subasmaya məruz qalıb.

Azia.az AZƏRTAC-a istinadən xəbər verir ki, Agentlik tərəfindən dərhal kanaldan suyun axmasının qarşısının alınması ilə bağlı tədbirlərə başlanılıb. 

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov və aidiyyəti şöbə müdirləri hadisə yerində olublar. Yuxarı Qarabağ kanalı istismar idarəsi ilə bərabər ətraf bölgələrdə olan rayon idarələrinin də texnikaları və əməkdaşları əraziyə cəlb olunub. İlk növbədə, suyun səviyyəsinin aşağı salınması üçün Mingəçevir su anbarından kanalın suyu azaldılıb. Əraziyə ağır texnikalar cəlb edilib, uçan bəndin bərpasına başlanılıb. Görülən tədbirlər nəticəsində bəndin uçan hissəsi bərpa edilib və subasmanın qarşısı alınıb.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi