azia.az
azia.az

AZƏRBAYCANDA KÖMÜR SEXİNDƏ PARTLAYIŞ, ölənlər var

22-04-2023, 23:56

Ağstafa Rayon Polis Şöbəsinə rayonun Həsənsu kəndindəki kömür sexində 2 nəfərin ölümü ilə nəticələn partlayış baş verməsi barədə məlumat daxil olub.

 

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, dərhal Rayon Polis Şöbəsinin və Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. İlkin araşdırmalar zamanı ölən şəxlərin Qazax rayon Göycəli kənd sakinləri 1973-cü il təvəllüdlü Asim Bayramov və 1979-cu il təvəllüdlü Cəmil Əsgərov olması müəyyən edilib. Faktla bağlı araşdırmalar davam etdirilir.

Ağstafada kömür düzəldilən sexdə partlayış olub.

 

Sfera.az xəbər verir ki, hadisə zamanı 2 nəfər ölüb.

 

Partlayış yerinə FHN və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

 

Təfərrüatları dəqiqləşdirilir. Əlavə məlumat veriləcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi