azia.az
azia.az

Mərdan Camalov Lütvəlinin atasına rəhmət oxutdurur..- Zərdabın BAŞÇI SARIDAN BƏXTİ GƏTİRMİR…

13-10-2022, 08:42

Zərdabın sabiq  icra başçısı  LÜTvəli  Babayev  necə MİLYONÇU-ya çevrildi..?

Lütvəli Babayevin oğlunun  Rusiyadakı biznesi....


İki gün öncə  Mingəçevir və Zərdab Rayon İcra hakimiyyətlərinin keçmiş başçısı (2005-2019) Lütvəli Babayevin oğlu Babəli Babazadənin Rusiyadakı  böyük biznesi barədə  oxuyanda…
Əsas mövzuya köçməzdən öncə  görək Lütvəlinin oğlu Babəli Babazadə nə ilə məşğuldur..?
Məlumatdan bəlli olur ki, Lütvəlinin oğlu biznesinin əsas hissəsini Rusiya paytaxtına köçürüb. Babəli Babazadə ötən il Moskvada "Liqa-Stroy" Məhdud Məsuliyyətli Cəmiyyətini (ООО ЛИГА-СТРОЙ) 100 min rubl nizamnamə kapitalı ilə təsis edib. "Liqa-Stroy" Rusiya paytaxtında binaların inşası üçün lisenziya alıb. Şirkətin qanuni təmsilçisi Rusiya vətəndaşı Kirill Ayvenqoviç adlı şəxsdir.
Lütvəli Babayevin oğlu atası Zərdab rayon icra hakimiyyətinin başçısı vəzifəsində işləyərkən Azərbaycanda "BLB" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİNİ təsis edib. Keçmiş icra başçısının ailəsinə məxsus daha bir şirkət - "TOP POİNT" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 2014-cü ilin dekabrında Lütvəli Babayevin ailə üzvlərindən RUBABƏ BABAYEVA NİZAMİ QIZININ adına təsis edilib.  Hər iki MMC akademik Mirəli Qaşqay küçəsi ev 63A, mənzil 26 ünvanında hüquqi qeydiyyatdadır.
Babəli Babazadə Binəqədi rayonunun 7-ci mikrorayon Abay Kunanbayev küçəsində, 3123-cü məhəllədə 12 mərtəbəli bina tikdirib. Binanın sahəsi 10 min kvadrat metrə yaxındır.
Biz hələ keçmiş icra başçısının oğlunun  digər əmlaklarından, dəyəri 100 milyon olan mülklərindən danışmırıq.
10 min  kvadrat  metr  mənzil sahəsi 100-lərlə  şəhid, qazi  ailəsi üçün mənzil deməkdir ee…
Bəs necə olur icra başçısının oğlu  10 min kvadrat metr sahəsi olan binaya sahib olur, amma Qarabağ veteranı  evsiz-eşiksiz qalır…
Gəlin, Lütvəlinin keçmişinə bir nəzər salaq.
Bu adam 1959-cu ildə Zərdabda anadan olub və  1986-cı ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun ümumi texniki fənlər ( ütf ) müəllimi ixtisasını bitirmişdir.
Deməli, Lütfəli Babayev  27  yaşında güc-bəla ilə o zamankı APİ-ni bitirb. Hansı ki,onun tay-tuşları çoxdan dissertasiya müdafiə ediblər. Yəni Lütvəli, adından da göründüyü kimi sözün hər mənasında lütdür.
Lütvəli  Babayev  1979-cu ilin iyun ayından 1981-ci ilin noyabr ayınadək Qafqaz enerjiquraşdırma trestində çilingər işləmişdir. 1981-ci ilin noyabr ayından 1987-ci ilin avqust ayınadək Azərenerji Tikinti Tresti Mənzil İstismar Sahəsində tərbiyəçi işləmişdir.
Görəsən, heç bir ali təhsili olmayan Lütvəli necə tərbiyəçi işləyib ?
Hələ bu harasıdır..?
Çilingər olan Lütvəli birdən birə müəllim, sonra məktəb direktoru olur və sonra  Mingəçevir icra hakimiyyətində şöbə müdiri olur. Və Lütvəli yenidən müəllimliyə qayıdır və o zamankı  San-Marino universitetində  praktika müəllimi olur.
Sonra qəfildən Mingəçevir ŞİH-nin aparatına vəzifəyə gəlir və bir müddət sonra şəhərin icra başçısı olur.
Yəni özünüz də gördünüzmü, çilingəri necə icra başçısı edirlər.
Hələ bu harasıdır..?
APİ-nin güc-bəla ilə 27  yaşında bitirən Lütvəli müəllim iqtisadiyyat üzrə professordur, elmi əsərlər yazıb. Və yazır: “Ulu Öndərin  ideyalarını qorumağa və yaşatmağa çalışıram”.
Bu Lütvəli müəllimdən soruşan lazımdır ki, şəhid atasının 500 manatını tutub əlindən almaq nə vaxtdan ideyaları qorumaq sayılır, ayy….
Bəli, şəhid atası deyir ki, hərbi komissarlıq mənə oğlumun yas mərasimini yola vermək üçün 500 manat pul vermişdi. Lütvəli müəllim 500 manatı məndən aldı ki, oğlunun qəbirüstü  abidəsini götürəcəyik, sonra məni aldatdı, hətta Lütvəli müəllim guya oğlumun qəbirüstü abidəsinin götürülməsi adı ilə rayondakı idarə rəhbərlərindən xeyli pul yığıb.
İndi  özünüz düşünün, bu əxlaqda  adamı rəhbər vəzifəyə qoymaq olar..?
Bu adam  haqqında nələr yazılmayıb..?
Bu adamın axund qardaşı  Xanəli Babayevin  narkotik qaçaqmalçılığı ilə məşğul olması,  oğlunun avtoxuliqanlıq etməsi, özünün sahibkarları pambıq əkmək adı ilə aldadıb hərəsindən 1000 manat alması və daha nələr…barədə yazılmayıb. Bunların hamısı müxtəlif saytlarda yazılıb.
Təsəvvür edirsiniz, Zərdab sakinləri açıq mətnlə, öz şəxsi imzaları ilə Prezidentə yazırlar:
“10 il ərzində Lütvəli Babayev ancaq talançılıqla məşğul olub.Buna görə Zərdab Respublikada ən yoxsul, şəraitsiz rayondur. Lütvəli Babayev sahibkarlardan haqq alır. Dəhşətlisi odur ki, həttda çayxana ilşədənlərdə icra başçısına haqq verirlər. Rayon sakinləri bu icra başçısından narazıdırlar. Onun əqli zəifliyi var. Bu adam nəinki icra başçısı, adicə gözətçi vəzifəsinə də layiq deyil. Lütvəli Babayevin toy şənliyində Ali insanların şəninə dediyi tostun sosial şəbəkələrdə yayılmasına baxıb düşündük ki, sakini olduğumuz rayonu görün kim idarə edir”.
Gördünüzmü, Zərdab sakinləri açıq deyir ki, icra başçısı əqli cəhətdən zəifdir.
Görəsən, əqli cəhətdən zəif olan Lütvəli Babayev  bu 100 milyonları necə qazanıb..?
Yuxarıdakı müraciətin  sonunda  Zərdab sakinləri Prezidentdən xahiş edir ki, Lütvəli müəllimi rayondan uzaqlaşdırın, əgər o Zərdabdan  getsə, qurban kəsəcəyik..
Bilirsiniz  ən dəhşətlisi nədir..?
Mediada  Zərdabın indiki icra başçısı Mərdan Camalovla bağlı  bir dəhşətli məlumata rast gəldik.
Deməli, Zərdab camaatı deyir ki, Mərdan Camalova  baxanda Lütvəlinin atasına min rəhmət…
Əlavə şərhə ehtiyac varmı..?

P.S Mərdan Camalov bu yaxınlarda içki məclislərinin birində Ədliyyə nazirinin müavini Azər müəllimin və Ədliyyə Nazirliyinin məsul işçisi Elçin Qasımovun ona yaxşılıq etdiyi haqqında tost deyərək Azər müəllimlə, Elçin müəllimin sağlığına içirmiş. Gülsarə Kərimovnanın Azər müəllimlə, Elçin müəllimin heç vaxt sözündən çıxmadığını deyirmiş. Biz isə öz növbəmizdə Mərdan müəllimə bildiririk ki, o Gədəbəyli sürücü var idi e, qardaşın Əlihüseyinin qohumu, o necə oldu?  Mənbə bu linkdir;https://gundelik-baku.com/manshet/53478-zerdabin-sabiq-icra-bashchisi-lut-veli-babayev-nece-mlyonchu-ya-chevrildi-lutveli-babayevin-oglunun-rusiyadaki-biznesi.html




OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi