Su üzünə həsrət qalan Rüstəmli kəndi - VİDEO
Sabirabadın Rüstəmli kəndinin sakinləri bir neçə ildir ki, su üzünə həsrət qalıblar.
Bu barədə Baku TV-nin kənddən hazırladığı süjetində qeyd olunub.
Qeyd olunur ki, 2 000 nəfərə yaxın əhalinin yaşadığı kənddə nə içməyə, nə də təsərrüfat işlərində istifadə üçün su tapılmır. Vəziyyət o yerə çatıb ki, sakinlər öz pay torpaqlarını ataraq başqa kəndlərdən torpaq sahələri alaraq əkin əkirlər.
Ətraflı Baku TV-nin süjetində: