azia.az
azia.az

Bu kəndlərdə bir aydan çoxdur içməli su yoxdur - VİDEO

17-10-2021, 10:07


Zaqatalanın ən böyük kəndlərindən olan Yuxarı və Aşağı Talada sakinlər 1 aydan çoxdur ki, içməli su problemi ilə üzləşiblər.
Bu kəndlərdə bir aydan çoxdur içməli su yoxdur - VİDEO
BAKU.WS-in məlumatına görə, sakinlər "Xəzər Xəbər"ə deyiblər ki, sentyabr ayında Talaçaya gələn sel su xətlərini sıradan çıxarıb və nəticədə sakinlər içməli su sarıdan əziyyət çəkirlər.

Aiddəti qurumlar məsələdən xəbərdar olduqlarını deyirlər. Bəs görəsən 16 min əhalisi olan bu kəndlərin içməli su problemi nə zaman həll ediləcək ?
Bu kəndin sakinləri bir aydan çoxdur ki, içməli su üzünə həsrət qalıblar. Söhbət Zaqatala rayonunun Yuxarı Tala və Aşağı Tala kəndlərindən gedir. Sentyabr ayında rayondan keçən Talaçayda suyun səviyyəsinin artması və gələn sel, iki kəndin su xəttini sıradan çıxarıb.

Əlacsız qalan sakinlər günlərlə suyu uzaq məsafələrdən daşımağa, ya da almağa məcburdurlar. Ötən il 5 manata təklif edilən bir tonun suyun qiyməti indi 6-7 manat arasında dəyişir. Bu isə sakinlərə sərf etmir.

Sakinlər iddia edirlər ki, kəndlərdəki su xəttləri ötən əsrin 60-70-ci illərində istifadəyə verilib və istismar müddətini başa vurub. Yuxarı Tala kənd bələdiyyəsinin sədri Eldar Qanzayev problemdən xəbərdar olduqlarını bildirib.

Eldar Qanzayev əlavə edib ku, su sistemini yeniləmək üçün aidiyyəti qurumlar qarşısında məsələ qaldırılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi