“Cəlilabadda canına qəsd edən şəxs qazi deyil” - İcra Hakimiyyəti açıqlama yaydı
Sosial şəbəkələrdə Əzizov Səlamət Yaşar oğlunun intiharı ilə bağlı məlumat yayılıb. Onun Vətən müharibəsi iştirakçısı olduğu iddia edilib.
Cəlilabad Rayon İcra Hakimiyyətindən bildirilib ki, Cəlilabad rayonunun Mikayıllı kəndində qeydiyyatda olan, lakin Uzuntəpə kəndində yaşayan, 2002-ci il təvəllüdlü Əzizov Səlamət Yaşar oğlu Uzuntəpə kəndində yaşadıqları evin həyətində intihar edib:
"Səlamət Əzizov ikinci Qarabağ müharibəsində iştirak etməyib. Mərhumun intihar etməsinin səbəbi hüquq mühafizə orqanları tərəfindən araşdırılır. Əlavə olaraq bildiririk ki, Səlamət Əzizov işi ilə əlaqədar Bakı şəhərində qardaşları ilə birlikdə yaşayıb və bir həftəyə yaxın müddətdir ki, Cəlilabad rayonuna anasının ziyarətinə gəlmişdi. İndiyə qədər onun rayon icra hakimiyyətinə heç bir müraciəti daxil olmayıb. Ölkəmizdə fəaliyyət göstərən bir sıra sosial şəbəkə istifadəçilərindən və xəbər saytlarından mərhumun yaxınlarına hörmət əlaməti olaraq həqiqəti əks etdirməyən məlumatları yaymamağı xahiş edirik".